Motosiklet avtomobillə toqquşdu 19 yaşlı oğlan öldü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Ötən gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində sonuncu vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Baxış sayı:56
Bu xəbər 22 Yanvar 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















