Icma.az, Footbal-plus saytına istinadən bildirir. ''Qalatasaray''la ''Fənərbaxça'' arasında çempionluq rəqabəti və intriqa davam edir.
''Football-plus.az'' xəbər verir ki, az qala hər tur İstanbul nəhəngləri matçlardan sonra söz davasına çıxaraq bir-birilərini sancmağa çalışırlar.
Düzdü, onların hər birinin əzəli rəqibin oyunundakı hakim səhvləri barədə iradları çox vaxt əsassız olur.
Məsələn, son turda ''Fənərbaxça''nın ''Çaykur Rizəspor''la qarşılaşmadakı geridönüşünün ardından ''Qalatasaray'' hakim ədalətsizliyi barədə aləmə car çəkdi.
Halbuki həmin oyunda rizəlilərin iki futbolçusunun meydandan qovulmasına və ''Fənər''in 0:2-ni 3:2-yə çevirməsinə baxmayaraq hakimin nəticəyə təsir edən səhvi olmadı.
Bu dəfə isə irad bildirmək növbəsi ''Fənərbaxça''ya, daha dəqiq desək, Joze Mourinyoya çatıb.
Dünən 22-ci turun son oyununda ''Qalatasaray'' səfərdə ''Qaziantep'' üzərində minimal hesablı çətin qələbə qazandı.
İlk yarının ortalarında yaşanan bir epizodda Muslera cinah ötürməsinin qarşısını kəsmək istəyərkən topu əlində saxlaya bilmədi.