Icma.az
close
up
RU
Mourinyo Qalatasaray la bağlı paylaşım etdi, İkardi onun cavabını verdi

Mourinyo Qalatasaray la bağlı paylaşım etdi, İkardi onun cavabını verdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

''Qalatasaray''la ''Fənərbaxça'' arasında çempionluq rəqabəti və intriqa davam edir.

''Football-plus.az'' xəbər verir ki, az qala hər tur İstanbul nəhəngləri matçlardan sonra söz davasına çıxaraq bir-birilərini sancmağa çalışırlar. Düzdü, onların hər birinin əzəli rəqibin oyunundakı hakim səhvləri barədə iradları çox vaxt əsassız olur.
Məsələn, son turda ''Fənərbaxça''nın ''Çaykur Rizəspor''la qarşılaşmadakı geridönüşünün ardından ''Qalatasaray'' hakim ədalətsizliyi barədə aləmə car çəkdi. Halbuki həmin oyunda rizəlilərin iki futbolçusunun meydandan qovulmasına və ''Fənər''in 0:2-ni 3:2-yə çevirməsinə baxmayaraq hakimin nəticəyə təsir edən səhvi olmadı. Bu dəfə isə irad bildirmək növbəsi ''Fənərbaxça''ya, daha dəqiq desək, Joze Mourinyoya çatıb.
Dünən 22-ci turun son oyununda ''Qalatasaray'' səfərdə ''Qaziantep'' üzərində minimal hesablı çətin qələbə qazandı. İlk yarının ortalarında yaşanan bir epizodda Muslera cinah ötürməsinin qarşısını kəsmək istəyərkən topu əlində saxlaya bilmədi. Nəticədə top onun önündəki Devinson Sançesin əlinə dəydi. Meydan sahiblərinin etirazına baxmayaraq hakim penalti təyin etmədi. Elə oyundan sonra sabiq hakimlərdən ibarət ekspertlər də penalti olmadığını və hakimin oyunu davam etdirməklə düzgün qərar verdiyini vurğuladılar. Amma Mourinyo görünür, bununla razılaşmır. Tanınmış portuqaliyalı mütəxəssis bu epizodla bağlı ironiyalı bir paylaşım edib. O, topun ələ dəydiyi epizodun şəklini paylaşaraq bunları yazıb:

''Ötən bazar günü başa çata həndbol üzrə dünya çempionatında Portuqaliyam yarımfinala yüksəldi. Onları bu uğura və ölkəmizin gəncliyinə gözəl nümunə olduqlarına görə təbrik edirəm''.


''Qalatasaray'' cəbhəsində bu paylaşıma cavab vermək öhdəliyini boş-bekar Mauro İkardi üzərinə götürdü. Zədə üzündən mövsümü çoxdan başa vuran argentinalı hücumçu ''instaqram'' səhifəsinin hekayə bölümündən diqqətçəkən paylaşımlar etdi. O, Mourinyoya həsr olunan ''crying one'' (ağlayan biri) paylaşımını etdi, eləcə də ''Fənər''ə həsr olunan qol sevinclərinin şəklini paylaşdı. Bundan başqa bir matçda topun Tadiçin əlinə dəydiyi epizodu paylaşaraq ''həndbol üzrə dünya çempionatı'' yazdı. Sonda da bu mövsümkü derbidə ''Fənər''li Cikunun ona qarşı kobudluğunun videosunu paylaşdı.
Qeyd edək ki, Mourinyo daha öncə də bir neçə dəfə ''Qalatasaray''ın oyunlarından sonra buna bənzər paylaşımlar etmişdi.
ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri