Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyalı jurnalist Xavier Bosh "Real Madrid"in baş məşqçisi Joze Mourinyonun Arda Gülerlə bağlı qərarlarını tənqid edib.
Milli.Az-ın Mundo Deportivo-ya istinadən məlumatına görə, Xavier "Real Betis"lə səfər oyununda komandanın ən yaxşı futbolçusunun Arda Güler olduğunu bildirib. Qarşılaşmada hesab 0:0 olarkən Joze Mourinyo əvəzləmələrə əl atıb. Mbappe və Viniciusun meydanda qalması fonunda oyundan çıxarılan futbolçu isə Arda Güler olub.
Bosh hesab edir ki, Diomandenin meydana daxil olması "Real Madrid"in oyununu yaxşılaşdırmayıb. Əksinə, komanda oyunu yaxşı oxuyan və meydanda komanda yoldaşlarına istiqamət verən Arda Gülerdən məhrum olub.
Jurnalist eyni vəziyyətin mövsümün ilk oyununda da yaşandığını xatırladıb. Onun sözlərinə görə, Arda Güler "Espanyol"la qarşılaşmada da komandanın aşkar şəkildə ən yaxşı futbolçusu olub. Lakin hesab 1:1 olarkən Joze Mourinyo oyuna müdaxilə etmək qərarına gəlib və Ardanı əvəzləyib.
O, iddia edib ki, bu qərar futbolçuların meydandakı performansına deyil, Vinicius və Mbappenin narazı qalmaması istəyinə əsaslanıb. O, həmçinin Diomandenin "Real Madrid" tarixinin ən bahalı transferi olmasını əsaslandırmaq üçün onun Arda Gülerin əvəzinə meydana buraxıldığını düşünür.
Jurnalistin fikrincə, Arda Güler gənc olması, daha az eqolu davranması və şikayət etməməsi səbəbindən bu vəziyyətə səssiz yanaşır. Buna baxmayaraq, türkiyəli futbolçunun futboldan yaxşı baş çıxardığını və "Espanyol" və "Real Betis" matçlarında əvəzlənməsinin ədalətsiz olduğunu başa düşdüyünü qeyd edib.
Xavier xəbərdarlıq edib ki, belə yanaşma uzunmüddətli perspektivdə "Real Madrid" üçün problemə çevrilə bilər.
"Real Madrid" mövsümün əvvəlində komandanın ən yaxşı futbolçusunu hər dəfə meydandan çıxarmağa davam edərsə, bu, "Barcelona" üçün daha yaxşıdır", - deyə jurnalist vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)