Icma.az
close
up
RU
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”

“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyalı jurnalist Xavier Bosh "Real Madrid"in baş məşqçisi Joze Mourinyonun Arda Gülerlə bağlı qərarlarını tənqid edib.

Milli.Az-ın Mundo Deportivo-ya istinadən məlumatına görə, Xavier "Real Betis"lə səfər oyununda komandanın ən yaxşı futbolçusunun Arda Güler olduğunu bildirib. Qarşılaşmada hesab 0:0 olarkən Joze Mourinyo əvəzləmələrə əl atıb. Mbappe və Viniciusun meydanda qalması fonunda oyundan çıxarılan futbolçu isə Arda Güler olub.

Bosh hesab edir ki, Diomandenin meydana daxil olması "Real Madrid"in oyununu yaxşılaşdırmayıb. Əksinə, komanda oyunu yaxşı oxuyan və meydanda komanda yoldaşlarına istiqamət verən Arda Gülerdən məhrum olub.

Jurnalist eyni vəziyyətin mövsümün ilk oyununda da yaşandığını xatırladıb. Onun sözlərinə görə, Arda Güler "Espanyol"la qarşılaşmada da komandanın aşkar şəkildə ən yaxşı futbolçusu olub. Lakin hesab 1:1 olarkən Joze Mourinyo oyuna müdaxilə etmək qərarına gəlib və Ardanı əvəzləyib.

O, iddia edib ki, bu qərar futbolçuların meydandakı performansına deyil, Vinicius və Mbappenin narazı qalmaması istəyinə əsaslanıb. O, həmçinin Diomandenin "Real Madrid" tarixinin ən bahalı transferi olmasını əsaslandırmaq üçün onun Arda Gülerin əvəzinə meydana buraxıldığını düşünür.

Jurnalistin fikrincə, Arda Güler gənc olması, daha az eqolu davranması və şikayət etməməsi səbəbindən bu vəziyyətə səssiz yanaşır. Buna baxmayaraq, türkiyəli futbolçunun futboldan yaxşı baş çıxardığını və "Espanyol" və "Real Betis" matçlarında əvəzlənməsinin ədalətsiz olduğunu başa düşdüyünü qeyd edib.

Xavier xəbərdarlıq edib ki, belə yanaşma uzunmüddətli perspektivdə "Real Madrid" üçün problemə çevrilə bilər.

"Real Madrid" mövsümün əvvəlində komandanın ən yaxşı futbolçusunu hər dəfə meydandan çıxarmağa davam edərsə, bu, "Barcelona" üçün daha yaxşıdır", - deyə jurnalist vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri