Mövsümi viruslar zamanı antibiotiklər istifadə edilməlidir? Açıqlama | Icma.az
Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mövsümi viruslar zamanı antibiotiklərin istifadəsi çox yanlış bir yanaşmadır”.Medicina.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.Onun sözlərinə görə, antibiotiklər bakterial infeksiyaları müalicə etmək üçün nəzərdə tutulub və viruslara təsir etmir:“Virus infeksiyaları, məsələn, qrip və ya soyuqdəymə zamanı antibiotiklərin istifadəsi yalnız faydasız deyil, həm də təhlükəli nəticələrə səbəb ola bilər.
Həkim nəzarəti olmadan antibiotiklərin istifadəsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb ola bilər.
Bu, gələcəkdə müalicəni çətinləşdirir. Antibiotiklər bədəndəki faydalı bakteriyaları da məhv edir.
Bu isə bağırsaq pozuntularına, immun sisteminin zəifləməsinə və göbələk infeksiyalarına yol aça bilər”.Z.Quliyev qeyd edib ki, özbaşına dərman istifadə edərək simptomları müvəqqəti azalda bilərsiniz, lakin bu, xəstəliyin əsl səbəbini gizlədə və düzgün diaqnoz qoyulmasını çətinləşdirə bilər:“Dərmanların çoxu müəyyən yan təsirlər yarada bilər.
Həkim məsləhəti olmadan qəbul edildikdə, bu təsirlər daha ağır ola bilər (məsələn, allergik reaksiya, ürəkbulanma, qaraciyər və böyrək zədələnməsi).
Özəlliklə uşaqlarda və yaşlılarda ciddi risklər yarana bilər.
Bundan əlavə qeyd edim ki, bəzi vətəndaşlar kağız reseptə qida əlavələrini də yazılmasını bildirirlər.
Tam oxu
Xəbəri oxu