Icma.az
close
up
RU
Mövsümi viruslar zamanı antibiotiklər istifadə edilməlidir? Açıqlama

Mövsümi viruslar zamanı antibiotiklər istifadə edilməlidir? Açıqlama

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mövsümi viruslar zamanı antibiotiklərin istifadəsi çox yanlış bir yanaşmadır”.





Medicina.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, antibiotiklər bakterial infeksiyaları müalicə etmək üçün nəzərdə tutulub və viruslara təsir etmir:

“Virus infeksiyaları, məsələn, qrip və ya soyuqdəymə zamanı antibiotiklərin istifadəsi yalnız faydasız deyil, həm də təhlükəli nəticələrə səbəb ola bilər. Həkim nəzarəti olmadan antibiotiklərin istifadəsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb ola bilər. Bu, gələcəkdə müalicəni çətinləşdirir. Antibiotiklər bədəndəki faydalı bakteriyaları da məhv edir. Bu isə bağırsaq pozuntularına, immun sisteminin zəifləməsinə və göbələk infeksiyalarına yol aça bilər”.

Z.Quliyev qeyd edib ki, özbaşına dərman istifadə edərək simptomları müvəqqəti azalda bilərsiniz, lakin bu, xəstəliyin əsl səbəbini gizlədə və düzgün diaqnoz qoyulmasını çətinləşdirə bilər:

“Dərmanların çoxu müəyyən yan təsirlər yarada bilər. Həkim məsləhəti olmadan qəbul edildikdə, bu təsirlər daha ağır ola bilər (məsələn, allergik reaksiya, ürəkbulanma, qaraciyər və böyrək zədələnməsi). Özəlliklə uşaqlarda və yaşlılarda ciddi risklər yarana bilər. Bundan əlavə qeyd edim ki, bəzi vətəndaşlar kağız reseptə qida əlavələrini də yazılmasını bildirirlər. Vətəndaşlar bilməlidir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji aktiv qida məhsullarının reseptə yazılması qadağandır”.

Mütəxəssis-ekspert bildirib ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə və Azərbaycanda artıq elektron resept sistemindən istifadə edilir:

“Bu sistem Azərbaycan səhiyyəsinin inkişafı üçün çox böyük önəm kəsb edir. Elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Ən vacibi - elektron reseptlə alınan dərmanlar dövlət qeydiyyatından keçir və keyfiyyəti yoxlanılır, bundan əlavə bioloji qida əlavələrini bur yazmaq mükün deyil. Çox rahat şəkildə həkimlərdən elektron resept tələb edə bilərsiniz. Əgər aptek, həkim elektron reseptdən imtina edərsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “Qaynar Xətt”i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə müraciət edə bilərsiniz. Bu halda araşdırılma aparılır. Qeyd edim ki, elektron reseptin istifadəsi çox rahatdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 15 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri