“Mövsümün birinci hissəsindən çox razıyam” Frank De Bleker İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker hakimlərin Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib.
İdmanxeber.az xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında referilərin hazırlıq durumundan razı qaldığını bildirib: O, Antalyada yüksək səviyyədə toplanış keçmələri üçün hər cür şəraitin yaradıldığını deyib: “Təlim-məşq toplanışı Misli Premyer Liqasının ikinci hissəsinə hazırlıq baxımından çox vacibdir.
Bu səbəbdən də buradayıq. Artıq dördüncü gündür ki, hakimlər gündə iki dəfə fiziki məşq keçirlər, həmçinin gündə iki texniki seansımız olur.
Bizimlə birgə həkim və fizioterapevt də gəlib. Hakimlərin peşəkar şəkildə hazırlıq keçmələri üçün hər bir şərait var.
Biz hakimləri futbol komandası kimi hazırlayırıq. Onlar da mövsümün ikinci hissəsinə hazırlaşır, birlikdə məşq edirlər və bu, komanda işi üç
Bir-biriləri ilə danışırlar, bir-birilərindən öyrənirlər. Çox şadam ki, yaxşı hava şəraitində, fantastik futbol meydançalarında bu cür gözəl
Bizə bu imkanı yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkür edirəm”.
Tam oxu
Xəbəri oxu