Icma.az
close
up
RU
“Mövsümün birinci hissəsindən çox razıyam” Frank De Bleker İdmanXəbər

“Mövsümün birinci hissəsindən çox razıyam” Frank De Bleker İdmanXəbər

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker hakimlərin Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib.

İdmanxeber.az xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında referilərin hazırlıq durumundan razı qaldığını bildirib:

O, Antalyada yüksək səviyyədə toplanış keçmələri üçün hər cür şəraitin yaradıldığını deyib: “Təlim-məşq toplanışı Misli Premyer Liqasının ikinci hissəsinə hazırlıq baxımından çox vacibdir. Bu səbəbdən də buradayıq. Artıq dördüncü gündür ki, hakimlər gündə iki dəfə fiziki məşq keçirlər, həmçinin gündə iki texniki seansımız olur. Bizimlə birgə həkim və fizioterapevt də gəlib. Hakimlərin peşəkar şəkildə hazırlıq keçmələri üçün hər bir şərait var. Biz hakimləri futbol komandası kimi hazırlayırıq. Onlar da mövsümün ikinci hissəsinə hazırlaşır, birlikdə məşq edirlər və bu, komanda işi üçün çox vacibdir. Bir-biriləri ilə danışırlar, bir-birilərindən öyrənirlər. Çox şadam ki, yaxşı hava şəraitində, fantastik futbol meydançalarında bu cür gözəl şəraitdə işləyə bilirik. Bizə bu imkanı yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkür edirəm”.

Frank De Bleker hakimlərin Misli Premyer Liqasının ilk yarısındakı performanslarını  qiymətləndirib: “Mövsümün birinci hissəsindən çox razıyam. Ötən il iyulun sonunda ilk dəfə Bakıya gəldiyim zaman hakimlər mənim üçün yeni idilər. İşləmək istəyən bir qrup görürdüm. Bəzən bir az şübhə ilə yanaşanlar var idi. Amma, həqiqətən də, yaxşı komanda yaratdıq. Mənim üçün ən vacibi meydanda hakim və VAR arasında çox yaxşı balans tapmağımızdır. Yüksək müdaxilə xəttimiz var, yüngül sarı, qırmızı vərəqələr və penaltilər vermək istəmirik. Bu, bizim üçün çox vacibdir, UEFA-nın da əsas xətti belədir.  Ümumiyyətlə, meydanda şəxsiyyətləri görürəm, hakimlərimin yüksək keyfiyyətləri var, yaxşı oyun idarəçiliyinə malikdirlər. Düşünürəm ki, oyun idarəçiliyi baxımından yaxşı çıxış etmişik. Əlbəttə ki, həmişə daha da yaxşılaşdırmalı olduğumuz məqamlar var, heç kim mükəmməl deyil. Mayın son oyun gününə qədər mövsümün ilk hissəsindəki kimi davam etməyimizi istəyirəm. İndi əsas odur ki, komandamızın qarşıdakı həftələrdə və aylarda böyük, önəmli oyunlara hazır olduğunu göstərək”.

AFFA Hakimlər Komitəsinin sədri yoxlama oyunlarına gənc hakimləri təyin etmələrinin səbəbini də açıqlayıb: “4 yoldaşlıq oyunumuz var. Biri artıq geridə qalıb. Bu matçlara gənc, perspektivli hakimləri təyin edirik ki, onlar beynəlxalq oyunları idarə etməklə təcrübə toplaya bilsinlər. Bu, gənc hakimlər üçün yaxşı təcrübədir. Onlar növbəti nəsildir. Gənclərə xarici komandaların oyunlarında daha çox təcrübə qazandırmaq istəyirəm. Bunu addım-addım edirik. FIFA hakimləri və digər təcrübəlilər isə mövsümün ikinci hissəsinə hazırlaşmaq üçün buradadırlar.

Beynəlxalq dərəcəli üç hakimimiz var ki, onlardan ikisi birinci kateqoriyadadır. Bu, əla göstəricidir. Həm onlar, həm də biz ilk 6 ayda çox çalışdıq. İndi hər kəs maksimuma nail olmaq istəyir. Gənc hakimləri də növbəti aylara və mövsümlərə hazırlamalıyıq. Bu səbəbdən Türkiyədəki hazırlıq çox vacibdir”.

Qeyd edək ki, hakimlərin Antalya toplanışı yanvarın 12-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 10 Yanvar 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri