MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar AZƏRTAC

11.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

Onun sözlərinə görə, bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür.

“Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. Seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”, - deyə MSK sədri əlavə edib.

M.Pənahov, həmçinin vurğulayıb ki, ümumi bülletenlərin sayı seçicilərin sayının 3 faizindən çox olmamaq şərti ilə çap olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью