MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
Onun sözlərinə görə, bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür.
“Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. Seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”, - deyə MSK sədri əlavə edib.
M.Pənahov, həmçinin vurğulayıb ki, ümumi bülletenlərin sayı seçicilərin sayının 3 faizindən çox olmamaq şərti ilə çap olunur.
Bu mövzuda digər xəbərlər:Bu seçicilər bələdiyyə seçkilərində səs verə bilməyəcəklər MSK sədri
02 Dekabr 2024 16:34
MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır VİDEO AZƏRTAC
11 Yanvar 2025 13:59
MSK sədri: Bələdiyyə seçkilərində 23 partiya iştirak edir
20 Yanvar 2025 12:29
Bələdiyyə seçkilərində ilkin nəticələr sabaha açıqlanacaq MSK sədri
28 Yanvar 2025 14:44
Baxış sayı:131
Bu xəbər 11 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















