MTK lar su basan evlərə təzminat ödəyəcək? | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən ölkə ərazisində yağan güclü yağış bir sıra problemlərə yol açdı.
Əslində bu cür güclü yağışın yağması bir sıra qurumların da işinin öhdəsindən lazımınca gəlmədiyini sübut etdi.
Yəni küçələri su basması, işıqların sönməsi, qırılan ağacların saatlarla yolu bağlaması kimi hallar bunun bariz nümunəsi idi.Eyni zamanda, güclü yağış daha bir problemi də üzə çıxardı.
Belə ki, sosial şəbəkələrdə yayılan videolarda da görmək mümkün idi ki, "Şərur MTK", "Saray MTK", "Bakıxanov rezidens", "Jurnalistlər binası" və digər binalarda damdan, pəncərələrdən evlərə su dolub, evlərdə əsl gölməcələr yaranıb.
Maraqlıdır, binaların damından təkcə sonuncu mərtəbələrə yox, orta mərtəbələrə də su axıntısı baş vermişdi.
Bu da onu göstərir ki, hətta məşhur MTK-lar da yağışdan üzüag cıxmadı. İnsanlar bu evləri almaq üçün yüz minlərlə pul ödəyiblər.
Baş verən hadisəni yağışın küləklə birgə yağaraq evlərə vurması ilə də əlaqələndirirlər.
Tam oxu
Xəbəri oxu