Icma.az
close
up
RU
MTK lar su basan evlərə təzminat ödəyəcək?

MTK lar su basan evlərə təzminat ödəyəcək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən ölkə ərazisində yağan güclü yağış bir sıra problemlərə yol açdı.

Əslində bu cür güclü yağışın yağması bir sıra qurumların da işinin öhdəsindən lazımınca gəlmədiyini sübut etdi.

Yəni küçələri su basması, işıqların sönməsi, qırılan ağacların saatlarla yolu bağlaması kimi hallar bunun bariz nümunəsi idi.Eyni zamanda, güclü yağış daha bir problemi də üzə çıxardı. Belə ki, sosial şəbəkələrdə yayılan videolarda da görmək mümkün idi ki, "Şərur MTK", "Saray MTK", "Bakıxanov rezidens", "Jurnalistlər binası" və digər binalarda damdan, pəncərələrdən evlərə su dolub, evlərdə əsl gölməcələr yaranıb.

Maraqlıdır, binaların damından təkcə sonuncu mərtəbələrə yox, orta mərtəbələrə də su axıntısı baş vermişdi. Bu da onu göstərir ki, hətta məşhur MTK-lar da yağışdan üzüag cıxmadı. İnsanlar bu evləri almaq üçün yüz minlərlə pul ödəyiblər. Baş verən hadisəni yağışın küləklə birgə yağaraq evlərə vurması ilə də əlaqələndirirlər. Bəs əslində bu kimi hadisənin baş vermə səbəbi nədir və bu, tikinti qaydalarına düzgün əməl edilməməsindənmi irəli gəlir? 

Məsələ ilə bağlı "Cebheinfo.az"a danışan tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev deyib ki, bugünlərdə yağan yağış aylıq norma həddini aşıb, son 50-60 ilin statistikasına nəzər salsaq görəcəyik ki, bu rekord göstəricidir:

"Bu prosesdə yağışın intensivliyini təbii fəlakətdir. Çünki həddindən artıq xəsarət alan olmasa da, rayonda bir nəfər dünyasını dəyişib, ağacların qırılması, kollektorlardan suyun xaric ola bilməməsi kimi halları təbii fəlakət kimi qiymətləndirmək olar.Ancaq aidiyyəti qurumlar bunu təbii fəlakət deyil, hadisə kimi qiymətləndirdi. Yeni tikilən binalarda evlərə suyun dolmasına gəldikdə isə, böyük ehtimal ki, tikinti norma və qaydaları bəsit şəkildə həyata keçirilib.

Ola bilsin ki, böyük ehtimalla sızıntı, yağış daman hissəsi binanın şimal hissəsinə yağış və külək eyni anda döyəclədiyinə görə, pəncərədən, binanın hər hansı hissəsindən içəri keçə bilər. Çünki mən müşahidə etdiyim yerlər var ki, bəzi köhnə binalarda eyvanların ətrafını intesiv yağış və külək döyüb yerə töküb. Bir çox yerlərdə bu hal müşahidə edilib. Halbuki yağış və külək Bakıda həmişə var. Bunu biz bunu təbii fəlakətlə əlaqələndirsək daha doğru olardı".

Memar Cahid Həsənov isə bildirdi ki, evlərə suyun axmasını birmənalı şəkildə müxtəlif MTK-lar tərəfindən tikinti qaydalarına riayət olunmadığının göstəricisidir:

"Tikinti qaydalarında bütün bu kimi halların baş verməməsi göstərilməlidir. Təəssüf ki, MTK-lar yalnız binanın tez tikilməsini, maddi gəliri fikirləşirlər. Bu kimi hallar baş verdikdə MTK-lar təzminat ödəməlidir.Çünki bu kimi problemlər onlarla bağlıdır. Əgər asfalt yoldan nasazlıq yaranıbsa və bunun ucbatından hansısa qəza olursa, təzminatı yol idarəsi ödəməlidir. Eləcə də evlərin tikintisində bu məsuliyyəti MTK-lar daşıyır".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: MTK subasma təzminat Samir Nəbiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri