MTK lardan qanunsuz addım: İpotekada olan mənzilə çıxarış alınması üçün bütün əmlaklara da…
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şirkət ipotekası ilə mənzil alanların çıxarış əldə etmək istədikləri zaman MTK-ların vətəndaşlardan bütün əmlaklara dair etibarnamə tələb etməsi məsələsi yenidən gündəmə gəlib.
MTK-lardan birinin mülkiyyətçidən aldığı etibarnamənin görüntüləri yayılıb.
Bəs belə bir etibarnamə imzalayan vətəndaşı qarşıda hansı təhlükələr gözləyir?
KONKRET.az xəbər verir ki, pravda.az məsələnin hüquqi tərəflərini mütəxəssislərlə araşdırıb.
Hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, böyük təhlükədir: “Heç kimə bütün əmlaklarla əlaqədar əqdləri bağlamaq səlahiyyətini vermək olmaz.
Sabah o, MTK-ya aid olmayan əmlakı da satar. Ümumiyyətlə, etibarnamə verərkən konkretliyə olmağa çalışmaq lazımdır.
MTK sizdən niyə etibarnamə istəyir? Sizə nə lazımdırsa, gedib özünüz edin. Aydındır ki, çıxarış almaq məqsədilədir.
Tam oxu
Xəbəri oxu