Icma.az
close
up
RU
MTK lardan qanunsuz addım: İpotekada olan mənzilə çıxarış alınması üçün bütün əmlaklara dair etibarnamə tələb edilir KONKRET

MTK lardan qanunsuz addım: İpotekada olan mənzilə çıxarış alınması üçün bütün əmlaklara dair etibarnamə tələb edilir KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirkət ipotekası ilə mənzil alanların çıxarış əldə etmək istədikləri zaman MTK-ların vətəndaşlardan bütün əmlaklara dair etibarnamə tələb etməsi məsələsi yenidən gündəmə gəlib. MTK-lardan birinin mülkiyyətçidən aldığı etibarnamənin görüntüləri yayılıb. Bəs belə bir etibarnamə imzalayan vətəndaşı qarşıda hansı təhlükələr gözləyir?

KONKRET.az xəbər verir ki, pravda.az məsələnin hüquqi tərəflərini mütəxəssislərlə araşdırıb.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, böyük təhlükədir: “Heç kimə bütün əmlaklarla əlaqədar əqdləri bağlamaq səlahiyyətini vermək olmaz. Sabah o, MTK-ya aid olmayan əmlakı da satar. Ümumiyyətlə, etibarnamə verərkən konkretliyə olmağa çalışmaq lazımdır. MTK sizdən niyə etibarnamə istəyir? Sizə nə lazımdırsa, gedib özünüz edin. Aydındır ki, çıxarış almaq məqsədilədir. Hələ yəqin ki, MTK buna görə vətəndaşlardan “xidmət haqqı” da alır. Verməyin! Deyin ki, hara getmək lazımdırsa, özüm gedəcəyəm. Heç kimdən zorla etibarnamə almaq olmaz. Mənzili almısınız, vəssalam. MTK-lar əlavə qazanc yeri axtarırlar ki, necə edim, vətəndaşdan əlavə qazanc çıxarım?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirib ki, vətəndaş bu cür etibarnaməni nəinki MTK-ya, hər hansı digər şəxsə belə verə bilməz:

“Etibarnaməni vətəndaş yalnız ən etibar etdiyi şəxsə, yaxud ər arvadına, ata övladına, bacı qardaşına və s. verə bilər. Çünki belə bir etibarnamə ilə şirkət həmin şəxsin bütün əmlaklarını sata,  müqavilələrə xitam verə, əmlakı banka girov qoya, ipoteka kreditinə çevirə bilər. Şirkət əgər vətəndaşın mənzili üçün etibarnamə yolu ilə çıxarış alırsa, mütləq şəkildə həmin etibarnamədə bir istiqamət göstərilməlidir. Vətəndaşa məxsus olan ünvandakı mənzilin sənədlərini aidiyyəti quruma təqdim edib, digər sənədi götürmək olar. Birmənalı şəkildə həmin etibarnamə üzərindən alqı-satqı etmək, banka girov qoymaq, müqaviləni ləğv etmək kimi bütün müddəalar etibarnamədən çıxmalıdır. Vətəndaş qarşı tərəfə müqaviləni ləğv etmək səlahiyyəti belə verirsə, etibarnamə hər hansı fırıldaqçının əlinə keçsə, təbii ki, o, vətəndaşın həmin əmlak üzərində bağladığı müqaviləni ləğv edə, mənzili digər şəxsə sata, əmlakı sənədləşdirib, özününküləşdirə bilər. Bu cür etibarnamə çox təhlükəlidir. Bir sözlə, vətəndaş bu etibarnamə ilə bütün əmlakları üzərindəki hüquqlarını digər şəxsə ötürüb. Təbii ki, yanlışdır. Hər hansı şirkətin vətəndaşdan bu formada etibarnamə almaq səlahiyyəti yoxdur. Bu, vətəndaşın mülkiyyət hüququnun pozulmasına, mülkiyyətinin əlindən çıxmasına gətirib çıxara bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri