Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı sakini Elman Məmmədov çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödədiyini, lakin aldadıldığını iddia edir.
Onun sözlərinə görə, bütün ödənişlər sənədlərlə təsdiqlənsə də, MTK rəhbərliyində dəyişiklikdən sonra sənədlərin saxta olduğu bildirilib.
İddialara görə, oxşar vəziyyətlə üzləşən başqa vətəndaşlar da var.
Maraqlıdır, belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar nələrə diqqət etməlidir?
İctimai vəkil Samir Zeynalov bu barədə “Yeni Sabah”a açıqlama verib.
O, bir sıra məqamlara aydınlıq gətirib: Dominos pizza “Ümumiyyətlə, ilk onu qeyd etmək istəyirəm ki, Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı problemlər hələ də öz aktuallığını qoruyub saxlayır.
Xüsusilə də etibarnamə əsasında evlərin alınıb-satılması məsələsi daha çox qabarıqdır, daha çox gündəmdədir.