Icma.az
close
up
RU
MTK ların gizli oyunu Sədr dəyişdi, pul batdı...

MTK ların gizli oyunu Sədr dəyişdi, pul batdı...

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı sakini Elman Məmmədov çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödədiyini, lakin aldadıldığını iddia edir. Onun sözlərinə görə, bütün ödənişlər sənədlərlə təsdiqlənsə də, MTK rəhbərliyində dəyişiklikdən sonra sənədlərin saxta olduğu bildirilib. İddialara görə, oxşar vəziyyətlə üzləşən başqa vətəndaşlar da var.

Maraqlıdır, belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar nələrə diqqət etməlidir?

İctimai vəkil Samir Zeynalov bu barədə “Yeni Sabah”a açıqlama verib. O, bir sıra məqamlara aydınlıq gətirib: Dominos pizza

“Ümumiyyətlə, ilk onu qeyd etmək istəyirəm ki, Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı problemlər hələ də öz aktuallığını qoruyub saxlayır. Xüsusilə də etibarnamə əsasında evlərin alınıb-satılması məsələsi daha çox qabarıqdır, daha çox gündəmdədir. Amma vətəndaşlarımız çox təəssüf ki, əksəriyyətlə hələ də bilmirlər ki, etibarnamə əsasında qeyri-formal olaraq alınıb-satılan mülkiyyət həmin daşınmaz əmlakı alan şəxsə mülkiyyət hüququ vermir.

Mövzumuza gəlincə isə demək istəyirəm ki, ümumiyyətlə, çoxmərtəbəli yaşayış binalarında hazırkı zamanda xeyli problemlər mövcuddur. İstər mənzillərin alqı-satqısında, istərsə də çoxmərtəbəli yaşayış binalarının idarə edilməsində problemlər qalmaqdadır.

Vətəndaşlar öncədən bu istiqamətdə əmlak ekspertləri ilə maraqlansalar, bazarla müəyyən tanışlıq həyata keçirsələr, bu daha məqsədəuyğun olar. Aldanmamaq üçün də təbii ki. Təəssüf ki, vətəndaşlar bu məsələdə daha çox aldadılırlar. Bu da ondan irəli gəlir ki, bazarla yaxından tanış deyillər, şirkətlərin fəaliyyəti ilə maraqlanmırlar, araşdırma aparmırlar və nəticədə də neqativ hallarla üzləşirlər. Bu isə sonradan vətəndaşın öz hüquq və mənafelərini qorumaq üçün məhkəməyə müraciət etməsinə səbəb olur”.

S.Zeynalov analoji vəziyyətlə üz-üzə gəlməmək üçün vətəndaşlara bunu tövsiyə edir:

“Ona görə də vətəndaşlara tövsiyəm bundan ibarətdir ki, bazarla tanış olsunlar, hansı şirkətdən mənzil və ya fərdi yaşayış evi alacaqlarını əvvəlcədən müəyyənləşdirsinlər, həmin şirkət haqqında araşdırma aparsınlar, şirkətin tarixçəsi ilə maraqlansınlar və s. Bu cür araşdırmalar aparsalar, özlərini sığortalamış olarlar.

Çünki bugünkü gündə istər əmlak şirkətləri, istərsə də fərdi qaydada mənzil və fərdi yaşayış evi alqı-satqısı ilə məşğul olan şəxslərlə bağlı neqativ hallar baş verdikdə, bu məlumatlar kütləvi qaydada yayılır. Amma təəssüf ki, belə məlumatların yayılmasına baxmayaraq, yenə də ayrı-ayrı vətəndaşlar həmin aldadıcı şəxslərə müraciət edirlər.

Misal üçün, bu ilin may ayında “Daşqın Əmlak” adı altında fəaliyyət göstərən Daşqın Məmmədov adlı şəxs Bakı şəhəri ərazisində 200-dən çox vətəndaşı aldadaraq onların ümumilikdə külli miqdarda vəsaitini ələ keçirib. Həmin şəxsin barəsində Tərtər Rayon Polis İdarəsi tərəfindən məhkəməyə vəsatət təqdim olunaraq həbs-qətimkan tədbiri seçilib, hazırda barəsində cinayət işi açılmaqla həbsdədir. Ancaq bu günə qədər zərərçəkənlərin onlara dəymiş maddi ziyanı ödənilməyib.Yəni, bütün bunlar zəncirvari şəkildə baş verir. Bu müqayisəni başqa sahələrlə də aparmaq olar. Çünki bu gün internet informasiya resurslarında sözügedən məsələlərlə bağlı kifayət qədər məlumat mövcuddur.

Nəticə etibarilə yenə də bildirmək istəyirəm ki, vətəndaşlar daşınmaz əmlak alarkən, kimdən və hansı şirkətdən aldıqlarına dair araşdırma aparmalı, ondan sonra lazım olan proseduru həyata keçirmək barədə qərar verməlidirlər. Əks halda, belə hallar ortaya çıxır və vətəndaş məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Bu da nəticədə vətəndaşın məhkəmələrdə vaxt və əsəb itkisi ilə üzləşməsinə, mənəvi zərər görməsinə gətirib çıxarır.

Belə hallar isə təbii ki, arzuolunan deyil. Əgər vətəndaşlar belə hallardan sığortalanmaq istəyirlərsə, dediyim kimi diqqətli olmalı və müvafiq araşdırmalar aparmalıdırlar”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri