Müasir Azərbaycan qadını analıq rolunu yüksək şərəf və ləyaqətlə yerinə yetirir | Icma.az
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib və onlara ən xoş arzularını bildirib.AHK mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:"8 Mart - Beynəlxalq Qadınlar Gününün necə yaranmasının və zamanla bayrama çevrilməsinin tarixçəsini yəqin ki, hər kəs bilir.
Qısa şəkildə desək, bu gün qadınların ictimai-siyasi, iqtisadi hüquqları uğrunda mübarizə hərəkatı kimi və beynəlxalq həmrəylik günü kimi yaranıb.
20-ci əsrin ikinci yarısından etibarən isə təqvimin bu günü bütün dünyada qadınlar bayramı kimi qeyd olunmağa başlayıb.
Bu günün ölkəmizdə də geniş şəkildə qeyd olunması heç şübhəsiz ki, qadınların həyatımızdakı əvəzsiz rolunun təsdiqi və onlara ehtiramın parlaq ifadəsidir.
Azərbaycan qadınlarının tariximizdəki rolu və yeri barədə çox danışmaq olar.
Onlar tariximizin bütün dövrlərində milli-mənəvi dəyərlərimizin qorunmasına və xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə böyük töhfələr veriblər.
Bir sıra qadınların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Tam oxu
Xəbəri oxu