Icma.az
close
up
RU
Müasir Azərbaycan qadını analıq rolunu yüksək şərəf və ləyaqətlə yerinə yetirir

Müasir Azərbaycan qadını analıq rolunu yüksək şərəf və ləyaqətlə yerinə yetirir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib və onlara ən xoş arzularını bildirib.
AHK mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:
"8 Mart - Beynəlxalq Qadınlar Gününün necə yaranmasının və zamanla bayrama çevrilməsinin tarixçəsini yəqin ki, hər kəs bilir. Qısa şəkildə desək, bu gün qadınların ictimai-siyasi, iqtisadi hüquqları uğrunda mübarizə hərəkatı kimi və beynəlxalq həmrəylik günü kimi yaranıb. 20-ci əsrin ikinci yarısından etibarən isə təqvimin bu günü bütün dünyada qadınlar bayramı kimi qeyd olunmağa başlayıb. Bu günün ölkəmizdə də geniş şəkildə qeyd olunması heç şübhəsiz ki, qadınların həyatımızdakı əvəzsiz rolunun təsdiqi və onlara ehtiramın parlaq ifadəsidir.
Azərbaycan qadınlarının tariximizdəki rolu və yeri barədə çox danışmaq olar. Onlar tariximizin bütün dövrlərində milli-mənəvi dəyərlərimizin qorunmasına və xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə böyük töhfələr veriblər. Bir sıra qadınların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. 20-ci əsrin sonlarında dövlət müstəqilliyimiz bərpa edildikdən sonra isə qadınların ictimai-siyasi proseslərdə iştirakçılığı və onların bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində geniş təmsilçiliyi dövlətimizin qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Bəli, müasir Azərbaycan qadını analıq rolunu yüksək şərəf və ləyaqətlə yerinə yetirməklə yanaşı, həm də dövlət qulluqçusu, millət vəkili, iş adamı, pedaqoq, həkim, jurnalist, hüquqşünas və s. sahələrdə də öz zəkasını və peşəkarlığını təsdiqləməyi bacarır. Qalib ölkəmizin qadınları həmçinin orduda, hüquq-mühafizə orqanlarında da kifayət qədər böyük fəallıq nümayiş etdirirlər. Ailə və cəmiyyət qarşısındakı missiyasını və məsuliyyətini bütün zamanlarda dərindən dərk edən Azərbaycan qadınları malik olduqları tarixi dəyərləri yaşatmaqla bərabər, bundan sonra da müstəqil respublikamızın inkişafında yaxından iştirak edəcəklər.
Fədakar və mübariz qadınlarımızla gerçəkdən də qürur duymağa dəyər. Onların hər biri cəmiyyətimizin uğurlu fərdinə çevrilməyə və xoşbəxt olmağa layiqdir. Mən fürsətdən istifadə edib şəhid analarına şükran və ehtiramlarımı bildirir, eyni zamanda, bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə möhkəm can sağlığı, ailə səadəti, işlərində bol uğurlar arzulayıram.
Bayramınız mübarək olsun, əziz xanımlar!
Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri