Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. "Telefonomaniya – yəni mobil telefondan, xüsusilə də sosial şəbəkələrdən və smart texnologi
Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, müasir dövrdə bu hal təkcə fərdi davranış pozuntusu kimi deyil, həm də ictimai həyatın, ailə münasibətlərinin, təhsil və əmək məhsuldarlığının keyfiyyətinə birbaşa təsir edən təhlükəli bir tendensiyadır: "Əvvəllər telefon insanların sadəcə əlaqə vasitəsi idi, indi isə o, həyatın mərkəzinə çevrilib.
Xüsusilə gənclər və yeniyetmələr üçün telefon bir növ kimlik göstəricisinə, sosial varlığın ölçüsünə çevrilib.
Sosial mediada “bəyənilmə” və “izlənmə” sayı üzərindən formalaşan virtual status insanları real həyatdan uzaqlaşdırır, sosial tənhalığa və özünə qapanmaya gətirib çıxarır.
Bu proses nəticəsində insanlar getdikcə reallıqla əlaqəsini itirir, münasibətlərin dərinliyindən çox səthi ünsiyyət formalarına üstünlük verirlər.
Telefonomaniya ailə və cəmiyyət münasibətlərinə də ciddi zərbə vurur.
Valideynlər və övladlar arasında ünsiyyət azalır, insanlar bir evdə olsalar da bir-birlərinə deyil, ekranlara baxırlar.