Icma.az
close
up
RU
Müasir dövrdə bu hal təkcə fərdi davranış pozuntusu kimi deyil,... SOSİOLOQ ŞƏRH ETDİ

Müasir dövrdə bu hal təkcə fərdi davranış pozuntusu kimi deyil,... SOSİOLOQ ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Telefonomaniya – yəni mobil telefondan, xüsusilə də sosial şəbəkələrdən və smart texnologiyalardan həddən artıq asılılıq bu gün cəmiyyətin bütün təbəqələrinə sirayət edən ciddi sosial problemdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, müasir dövrdə bu hal təkcə fərdi davranış pozuntusu kimi deyil, həm də ictimai həyatın, ailə münasibətlərinin, təhsil və əmək məhsuldarlığının keyfiyyətinə birbaşa təsir edən təhlükəli bir tendensiyadır: "Əvvəllər telefon insanların sadəcə əlaqə vasitəsi idi, indi isə o, həyatın mərkəzinə çevrilib. Xüsusilə gənclər və yeniyetmələr üçün telefon bir növ kimlik göstəricisinə, sosial varlığın ölçüsünə çevrilib. Sosial mediada “bəyənilmə” və “izlənmə” sayı üzərindən formalaşan virtual status insanları real həyatdan uzaqlaşdırır, sosial tənhalığa və özünə qapanmaya gətirib çıxarır. Bu proses nəticəsində insanlar getdikcə reallıqla əlaqəsini itirir, münasibətlərin dərinliyindən çox səthi ünsiyyət formalarına üstünlük verirlər. Telefonomaniya ailə və cəmiyyət münasibətlərinə də ciddi zərbə vurur. Valideynlər və övladlar arasında ünsiyyət azalır, insanlar bir evdə olsalar da bir-birlərinə deyil, ekranlara baxırlar. İş və təhsil mühitində diqqətin dağılması, məsuliyyət hissinin zəifləməsi, asılılıq nəticəsində yaranan stress və emosional gərginlik cəmiyyətdə sosial balansı pozur. Sosial mediada yaradılan saxta mükəmməllik obrazları isə xüsusilə gənclərdə özünə inamsızlıq, narazılıq və sosial müqayisə hissini artırır. Bu problemdən xilas olmağın əsas yolu texnologiya ilə məsafə saxlamağı öyrənməkdir. Telefon gündəlik həyatın məqsədinə çevrilməməli, bir vasitə kimi qalmalıdır. Fərdlər öz zamanlarını idarə etməyi, texnologiyadan məqsədyönlü şəkildə istifadə etməyi bacarmalıdırlar. Valideynlər övladlarına erkən yaşlardan balanslı istifadə vərdişlərini aşılamalı, məktəblər və universitetlər “rəqəmsal savadlılıq” dərslərində bu məsələni sosial məsuliyyət kontekstində izah etməlidirlər.

Eyni zamanda, dövlət və ictimai təşkilatlar bu istiqamətdə maarifləndirici layihələr həyata keçirməli, “rəqəmsal asılılıqla mübarizə” proqramlarının əhatəsini genişləndirməlidirlər. Mədəni, idman və ictimai tədbirlərin təşviqi insanları real ünsiyyət və fəaliyyət mühitinə qaytarmaq üçün ən təsirli vasitələrdəndir. Nəticə etibarilə, telefonomaniya texnoloji deyil, mənəvi problemdir. İnsan texnologiyanın sahibi olmalıdır, əsiri yox. Xilas yolu ondan imtina etməkdə deyil, onun üzərində nəzarəti bərpa etməkdədir. Texnologiya insanın həyatını asanlaşdırmalı, onu həyatın mənasından uzaqlaşdırmamalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri