Icma.az, Olke.az portalına istinadən məlumat yayır. İohan Qutenberq hələ Avropada mətbəəni ixtira etməzdən əsrlər əvvəl çinlilər artıq çap t
Hətta Tan sülaləsi dövründə (618–917) “Dibao” (“Ti-pao”) adlı rəsmi qəzet də nəşr olunmuşdu.
Çinlilərin əvvəlcə əyləncə vasitəsi kimi istifadə etdiyi barıtın sonradan odlu silaha çevrilməsi kimi, mətbəə də zamanla onu idarə edənlərin əlində barıtdan daha təsirli bir vasitəyə çevrilərək informasiyanın geniş kütlələrə çatdırılması funksiyasını yerinə yetirməyə başladı.
Bəşəriyyətin inkişaf tarixinin təməl daşlarından biri olan mətbəə informasiyanın yayılması və ictimai şüurun formalaşması baxımından yazının ixtirası qədər mühüm rol oynadı.
Avropada sənaye dövrünün başlanğıcı ilə eyni vaxtda mətbəənin inkişafı mətbuat və nəşriyyat sənayesinin formalaşmasına, elmin, maariflənmənin yüksəlişinə güclü təkan verdi.
Son bir neçə əsr ərzində bəşəriyyət kütləvi kommunikasiya vasitələrinin sürətli və heyrətamiz inkişafına şahidlik etdi.
Yazılı mətbuatın cəmiyyət həyatında oynadığı rol zamanla dəyişərək texnoloji ixtiralarla – radio, televiziya, internet, video və sair ilə zənginləşdi və nəticədə, “yeni media” anlayışı formalaşdı.
Bu dəyişikliklərlə media və nəşriyyat sənayesi güc və nüfuz mərkəzinə çevrildi.