Mübariz İbrahimov daim yaşayan əfsanədir MÜNASİBƏT BİLDİRİLDİ | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Milli Qəhrəman Mübariz İbrahimov hadisəsi dünya hərb tarixində özünəməxsus hadisədir. Azərbaycan hərb tarixinə qızıl hərflərlə düşüb".
Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, Mübariz İbrahimov həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən bir nəfərin bir ölkədən, ordudan güclü olduğunu göstərib: "Mübariz İbrahimov hadisəsi Azərbaycan xalqında böyük əhval-ruhiyyə yaratdı.
Ermənistan ordusunun rəzil, zəif gündə olduğunu bir daha faktlarla sübut etdi. "Keçilməz Ohanyan xətti"ni Mübariz İbrahimov təkbaşına keçdi.
Erməni hərbçilərini məhv etdi və bir Azərbaycan hərbiçisinin Ermənistan ordusundan güclü olduğunu ortaya qoydu.
Hətta Ermənistan özü məcbur oldu ki, bunu etiraf etsin. Qardaş Türkiyədə dəfələrlə filmlərdə istifadə olunub.
Türkiyə, türk dünyası, hər kəs Mübariz İbrahimovla qürur duyur. Azərbaycanda ondan sonra yüzlərlə gəncə Mübariz adı verildi.
Tam oxu
Xəbəri oxu