Icma.az
close
up
RU
Mübariz İbrahimov daim yaşayan əfsanədir MÜNASİBƏT BİLDİRİLDİ

Mübariz İbrahimov daim yaşayan əfsanədir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Milli Qəhrəman Mübariz İbrahimov hadisəsi dünya hərb tarixində özünəməxsus hadisədir. Azərbaycan hərb tarixinə qızıl hərflərlə düşüb". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, Mübariz İbrahimov həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən bir nəfərin bir ölkədən, ordudan güclü olduğunu göstərib: "Mübariz İbrahimov hadisəsi Azərbaycan xalqında böyük əhval-ruhiyyə yaratdı. Ermənistan ordusunun rəzil, zəif gündə olduğunu bir daha faktlarla sübut etdi. "Keçilməz Ohanyan xətti"ni Mübariz İbrahimov təkbaşına keçdi. Erməni hərbçilərini məhv etdi və bir Azərbaycan hərbiçisinin Ermənistan ordusundan güclü olduğunu ortaya qoydu. Hətta Ermənistan özü məcbur oldu ki, bunu etiraf etsin. Qardaş Türkiyədə dəfələrlə filmlərdə istifadə olunub. Türkiyə, türk dünyası, hər kəs Mübariz İbrahimovla qürur duyur. Azərbaycanda ondan sonra yüzlərlə gəncə Mübariz adı verildi. Yüzlərlə, minlərlə, on minlərlə gənc Mübarizə oxşamağa başladı. Məhz 2016-cı ilin Aprel döyüşlərı olsun, 2020-ci ilin 44 günlük Vətən müharibəsi olsun, ardınca antiterror tədbirləri olsun, hər bir zaman Mübariz ibrahimovun şücaəti özünü göstərdi. Bu gün də silahlı qüvvələrimizdə xidmətə başlayan gənclər, hərbi peşəsini seçən gənclər, zabitlər, gizirlər, hər bir kəs Mübariz İbrahimovu, Polad Həşimovu, Rauf Orucovu özünə örnək tutur. Yüzlərlə, minlərlə qəhrəmanlarımızı özlərinə örnək tuturlar. Allahverdi Bağırov, Şirin Mirzəyev, Əliyar Əliyev kimi birinci Qarabağ müharibəsi şəhidlərimizin adını da qeyd edirəm".

"Mübariz İbrahimov böyük Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinin ən görkəmli səhifələrindən biridir. Daim də elə qalacaq. Ən ümidsiz, uğursuz vəziyyətdə olan ordular içində bir örnək, alovdur. Ümumiyyətlə, insan taleyi bəşəriyyət üçün zalıma, zülmə, işğala qarşı dirəniş nöqtəsidir. Ona görə də, Azərbaycan xalqı Mübariz İbrahimovla qürur duyur. Cənab Prezident onun adını əbədiləşdirib, Milli Qəhrəman adı verib. Adına lisey, küçə var. Bütün türk dünyası ona ehtiramla yanaşır. Mübariz İbrahimovun nəşi Ermənistandan tələb edildi, alındı, İkinci Fəxri Xiyabanda dəfn edildi. Dəfn mərasimində Prezident cənab İlham Əliyev iştirak etdi, Ali baş komandan kimi nitq söylədi. Mübariz İbrahimov daim yaşayan əfsanədir. Daim yaşayacaqdır. Nə qədər Azərbaycan dövləti, Azərbaycan tarixi, ordusu var, Mübariz İbrahimov da yaşayacaq və əbədi olaraq qəhrəmanlıq tariximizə həkk olunacaq" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:312
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri