Müctəba Xamenei də seçkidə mənə səs verəcək Netanyahu

26.10.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Baş naziri Binyamin Netanyahu sosial şəbəkə hesablarında süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb.

Redaktor.az xəbər verir ki, videoda İranın Ali rəhbəri Müctəba Xamenei xəstəxana çarpayısında uzanmış vəziyyətdə təsvir olunur və İsraildə keçirilən seçkilərdə Netanyahuya səs verəcəyini deyir.

Videoda bir müxbir Müctəba Xameneiyə yaxınlaşaraq ondan seçkilərdə kimə səs vermək niyyətində olduğunu soruşur. Xameneinin süni intellekt vasitəsilə yaradılmış obrazı belə cavab verir: “Mən Bibiyə (Netanyahu) səs verəcəm. Bu nə sualdır belə?”.

Netanyahu videoya şərh olaraq yazıb: “Hətta Müctəba da bilir; İranı yalnız “Likud” dayandıra bilər”.

Video Netanyahunun seçki təbliğatı çərçivəsində yayımlanıb və onun sonunda “Likud” Partiyasının “Seçki məntəqələrinə gedirik, səs veririk və qalib gəlirik” məzmunlu şüarı yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью