Müctəba Xamenei də seçkidə mənə səs verəcək Netanyahu
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail Baş naziri Binyamin Netanyahu sosial şəbəkə hesablarında süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb.
Redaktor.az xəbər verir ki, videoda İranın Ali rəhbəri Müctəba Xamenei xəstəxana çarpayısında uzanmış vəziyyətdə təsvir olunur və İsraildə keçirilən seçkilərdə Netanyahuya səs verəcəyini deyir.
Videoda bir müxbir Müctəba Xameneiyə yaxınlaşaraq ondan seçkilərdə kimə səs vermək niyyətində olduğunu soruşur. Xameneinin süni intellekt vasitəsilə yaradılmış obrazı belə cavab verir: “Mən Bibiyə (Netanyahu) səs verəcəm. Bu nə sualdır belə?”.
Netanyahu videoya şərh olaraq yazıb: “Hətta Müctəba da bilir; İranı yalnız “Likud” dayandıra bilər”.
Video Netanyahunun seçki təbliğatı çərçivəsində yayımlanıb və onun sonunda “Likud” Partiyasının “Seçki məntəqələrinə gedirik, səs veririk və qalib gəlirik” məzmunlu şüarı yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Oktyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















