Müddətsiz əlillik ləvğ edilə bilərmi: NƏ VAXT VƏ NECƏ?

18.08.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müddətsiz əlillik statuslarının sonradan dayandırılması və ya ləğv edilməsi son dövrlərdə hüquqi baxımdan mübahisə doğuran məsələlərdən birinə çevrilib.

Xüsusilə statusun hansı əsaslarla yenidən nəzərdən keçirilə biləcəyi, bunun üçün hansı sübutların tələb olunduğu və vətəndaşın hüquqlarının necə qorunmalı olduğu suallar doğurur.

Ali Məhkəmənin bu sahədə formalaşdırdığı hüquqi mövqe isə məsələyə fərdi yanaşmanın və əsaslandırılmış qərarların vacibliyini önə çıxarır.

Bəs müddətsiz əlillik statusunun ləğvi hansı hüquqi əsaslarla və hansı hallarda mümkündür?

Hüquq müdafiəçisi Samir Zeynalov “Cebheinfo.az”a bildirib ki, müddətsiz müəyyən edilmiş əlillik statuslarının sonradan müxtəlif yoxlamalar, şübhələr, risk meyarları, məlumat bazalarında aşkarlandığı bildirilən uyğunsuzluqlar və digər inzibati araşdırmalar çərçivəsində dayandırılması, yaxud ləğvi yalnız sosial təminat məsələsi deyil:

"Burada söhbət eyni zamanda hüquqi müəyyənlik, dövlətə etimad, inzibati aktın qüvvəsi, sübutetmə yükü, şəxsin dinlənilmək hüququ, mütənasiblik və səmərəli məhkəmə müdafiəsi kimi fundamental hüquqi institutlardan gedir.

Qeyd edim ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi müddətsiz əlilliyin hüquqi mahiyyətinə prinsipial yanaşma ortaya qoyub. Məhkəmənin mövqeyinə görə, müddətsiz əlilliyin müəyyən edilməsi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların mövcudluğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsi deməkdir.

Başqa sözlə, dövlət belə qərar qəbul etməklə həmin şəxsin vəziyyətinə hüquqi qiymət verib və təkrar müayinəyə cəlb olunması zərurətinin aradan qalxdığını qəbul edib.

Ali Məhkəmə ilk növbədə müddətsiz əlilliyin hüquqi mahiyyətinə prinsipial yanaşma ortaya qoyub. Məhkəmənin mövqeyinə görə, müddətsiz əlilliyin müəyyən edilməsi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların mövcudluğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsi deməkdir.

Başqa sözlə, dövlət belə qərar qəbul etməklə həmin şəxsin vəziyyətinə hüquqi qiymət verib və təkrar müayinəyə cəlb olunması zərurətinin aradan qalxdığını qəbul edib".

O bildirib ki, ən ciddi problem də məhz burada meydana çıxır: "Şəxsin hansısa “risk qrupu”na aid edilməsi, onun işi barədə ümumi şübhənin yaranması, müəyyən dövrdə verilmiş əlillik təyinatlarının ümumi yoxlamaya götürülməsi və yaxud hansısa tibb müəssisəsi ilə əlaqədar audit keçirilməsi öz-özlüyündə fərdi şəxsin müddətsiz əlilliyini ləğv edən hüquqi fakt deyil.

Məhkəmə müəyyən edib ki, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan sübutların mövcudluğu qiymətləndirilərkən “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edilməlidir. Müddətsiz əlillik barədə əvvəlki qərarı şübhə altına almaq üçün konkret, uyğun və yetərli əsaslar ortaya çıxmalıdır.

Üstəlik, bu hallar konkret iddiaçı ilə birbaşa bağlı olmalı və onun əlilliyi barədə əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan mötəbər və rəsmi mənbələrdən əldə edilməlidir.

Bu mövqe hüquqi baxımdan olduqca mühümdür. Çünki burada ümumi şübhə ilə fərdiləşdirilmiş sübut arasında sərhəd müəyyən edilir.

Şəxsə “siz risk qrupundasınız” demək kifayət deyil.

Cavabdeh dövlət orqanı konkret izah etməlidir: bu şəxsin əvvəlki əlillik təyinatının düzgünlüyünü şübhə altına alan hansı fakt aşkar edilib? Hansı sənəd həqiqətə uyğun deyil? Hansı tibbi məlumat saxtadır?

Hansı diaqnozun mövcud olmadığı müəyyən edilib? İlkin qərarın qəbul edilməsi zamanı hansı qanunsuzluğa yol verilib? Həmin qanunsuzluğun məhz bu şəxsin statusuna hansı aidiyyəti var?"

Hüquq müdafiəçisi xüsusilə vurğulayıb ki, müddətsiz əlillik məsələsində hüquqi müəyyənlik və dövlətə etimad prinsipləri ayrıca əhəmiyyət daşıyır:

"Vətəndaşa dövlət özü müddətsiz əlillik statusu verib. Bu status bir ay və ya bir il üçün deyil, müddətsiz xarakter daşıyıb. İnsan illərlə dövlətin qəbul etdiyi qərara inanıb və öz həyatını həmin hüquqi vəziyyətə uyğun qurub. Bundan sonra dövlət əvvəlki qərarından geri çəkilmək istəyirsə, bunun üçün çox ciddi hüquqi əsaslar olmalıdır.

Əks yanaşma vətəndaşda belə bir hüquqi qeyri-müəyyənlik yaradar ki, dövlətin verdiyi heç bir əlverişli qərara uzunmüddətli etimad göstərmək mümkün deyil. Bu gün müddətsiz verilmiş status sabah hər hansı daxili siyahı, risk meyarı və ya sistem araşdırması əsasında ləğv edilə bilərsə, “müddətsiz” anlayışının öz hüquqi mənası ciddi şəkildə zəifləyər.

Vahid məhkəmə təcrübəsinin əhəmiyyəti də burada meydana çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsi ilə müəyyən edilmiş Ali Məhkəmənin hüquqi sistemdəki statusu, habelə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair qanunvericilik yanaşması baxımından Ali Məhkəmənin hüququn tətbiqi üzrə formalaşdırdığı mövqelər aşağı instansiya məhkəmələri üçün ciddi istiqamətləndirici hüquqi əhəmiyyət daşıyır”.

S. Zeynalov qeyd edib ki, əgər məhkəmə hakimiyyəti eyni hüquqi səhvi dəfələrlə müəyyən edir, Ali Məhkəmə həmin sahədə vahid hüquqi yanaşma formalaşdırır, lakin icra hakimiyyəti sistemində fəaliyyət göstərən inzibati orqan öz praktikasında həmin yanaşmanı faktiki olaraq görməzdən gəlirsə, bu, məhkəmə hakimiyyətinin institusional nüfuzuna hörmət məsələsini gündəmə gətirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью