Müdirinin aldığı pivədən komaya düşüb öldü FOTO | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni Zelandiyada 21 yaşlı gənc içdiyi pivədən sonra komaya düşərək həyatını itirib.
Milli.Az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə hadisə 2023-cü ilin martında Oklend şəhərində baş verib.
Eydan Saqala adlı gənc işdən qayıdarkən müdirindən hədiyyə olaraq aldığı "Honey Bear Beer" markalı pivədən bir qutu gətirib.
O, içkinin ilk qurtumunu aldıqda dadının qəribə dərəcədə duzlu olduğunu hiss edib.
Onun qohumu da pivəni dadsa da, dərhal tüpürüb və içkidə "dəniz duzu və kimyəvi maddə" dadı olduğunu söyləyib.
Bir neçə dəqiqə sonra Eydanın halı pisləşib. O, anasına zəng edərək vəziyyətinin ağırlaşdığını bildirib.
Ardınca onun üzü göyərib və bacısı təcili yardımı çağırıb, həmçinin qardaşına ürək-ağciyər masajı edib.
Tam oxu
Xəbəri oxu