Icma.az
close
up
RU
Müdirinin aldığı pivədən komaya düşüb öldü FOTO

Müdirinin aldığı pivədən komaya düşüb öldü FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Zelandiyada 21 yaşlı gənc içdiyi pivədən sonra komaya düşərək həyatını itirib.

Milli.Az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə hadisə 2023-cü ilin martında Oklend şəhərində baş verib. Eydan Saqala adlı gənc işdən qayıdarkən müdirindən hədiyyə olaraq aldığı "Honey Bear Beer" markalı pivədən bir qutu gətirib. O, içkinin ilk qurtumunu aldıqda dadının qəribə dərəcədə duzlu olduğunu hiss edib. Onun qohumu da pivəni dadsa da, dərhal tüpürüb və içkidə "dəniz duzu və kimyəvi maddə" dadı olduğunu söyləyib.

Bir neçə dəqiqə sonra Eydanın halı pisləşib. O, anasına zəng edərək vəziyyətinin ağırlaşdığını bildirib. Ardınca onun üzü göyərib və bacısı təcili yardımı çağırıb, həmçinin qardaşına ürək-ağciyər masajı edib. Gənc xəstəxanaya çatdırılsa da, komaya düşüb və çoxsaylı orqan çatışmazlığı yaranıb. Beş gün sonra isə onun ürəyi dayanıb.

Araşdırmalar zamanı məlum olub ki, pivə bankasının içərisində maye halda metamfetamin olub. Yeni Zelandiya polisi hadisə ilə bağlı genişmiqyaslı əməliyyat keçirib və nəticədə ölkədə fəaliyyət göstərən böyük narkoticarət şəbəkəsi aşkarlanıb. Hüquq-mühafizə orqanları Oklenddəki anbarda ABŞ-dan gətirilmiş kombuça içkiləri, Hindistandan idxal olunmuş kokos suyu və Kanadadan göndərilmiş pivə partiyasında ümumilikdə 700 kiloqram mayə metamfetamin tapıblar.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri