Müdrik yanaşma, məqsədyönlü siyasət, cəsarətli və gələcəyə hesablanmış qərar | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ulu Öndər Heydər Əliyevin SSRİ dövründə Azərbaycan dilinin dövlət kimi təsbit edilməsinə nail olması müstəsna tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarix boyu ana dilini milli kimliyinin ayrılmaz tərkib hissəsi kimi qorumuşdur.
Müxtəlif tarixi-siyasi situasiyalarla üzləşsə də, xalqımız öz dilinə bağlılığını heç zaman itirməmiş, bu dəyəri nəsildən-nəslə ötürmüşdür.
Bu mənəvi proses xüsusilə Sovet dövründə daha da ön plana çıxmış, milli özünüdərkin simvoluna çevrilmişdir.
1970-ci illərin ortalarından başlayaraq Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti daha aydın şəkildə hiss olunmağa başlamışdır.
SSRİ Konstitusiyasında dövlət dili məsələsi ümumi şəkildə qeyd edilsə də, respublikaların dillərinə münasibətdə mərkəzləşdirilmiş yanaşma ana dillərin arxa plana keçirilməsini təşviq etmişdir.
Belə bir dövrdə dil məsələsini gündəmə gətirmək, xüsusən də onun Konstitusiya ilə təsbitinə nail olmaq böyük siyasi cəsarət tələb etmişdir.
1978-ci il aprelin 27-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir maddə əlavə olunmuşdur: “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”.
Tam oxu
Xəbəri oxu