Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Müdrik yanaşma, məqsədyönlü siyasət, cəsarətli və gələcəyə hesablanmış qərar

Müdrik yanaşma, məqsədyönlü siyasət, cəsarətli və gələcəyə hesablanmış qərar

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ulu Öndər Heydər Əliyevin SSRİ dövründə Azərbaycan dilinin dövlət kimi təsbit edilməsinə nail olması müstəsna tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir

Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarix boyu ana dilini milli kimliyinin ayrılmaz tərkib hissəsi kimi qorumuşdur. Müxtəlif tarixi-siyasi situasiyalarla üzləşsə də, xalqımız öz dilinə bağlılığını heç zaman itirməmiş, bu dəyəri nəsildən-nəslə ötürmüşdür. Bu mənəvi proses xüsusilə Sovet dövründə daha da ön plana çıxmış, milli özünüdərkin simvoluna çevrilmişdir.
1970-ci illərin ortalarından başlayaraq Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti daha aydın şəkildə hiss olunmağa başlamışdır. SSRİ Konstitusiyasında dövlət dili məsələsi ümumi şəkildə qeyd edilsə də, respublikaların dillərinə münasibətdə mərkəzləşdirilmiş yanaşma ana dillərin arxa plana keçirilməsini təşviq etmişdir. Belə bir dövrdə dil məsələsini gündəmə gətirmək, xüsusən də onun Konstitusiya ilə təsbitinə nail olmaq böyük siyasi cəsarət tələb etmişdir.
1978-ci il aprelin 27-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir maddə əlavə olunmuşdur: “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”. Bu, milli kimliyin qorunmasına yönəlmiş siyasi iradənin təzahürü idi. Həmin təşəbbüs Sovet siyasi sistemində hakim olan təzyiqlərə qarşı çıxmaqla bərabər, gələcək müstəqilliyin təməl prinsiplərindən birini – dil məsələsini öncədən təmin etmişdir. Bu qərar, əslində, milli-mənəvi dəyərlərin qorunması və gələcək dövlətçilik konsepsiyasının əsas sütunlarından birinin qurulması idi.
Ulu Öndərin ana dili məsələsi ilə əlaqədar ardıcıl mövqeyi 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasında da öz əksini tapmışdır. Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin adı “Azərbaycan dili” kimi göstərilmişdir. Ümummilli Liderin “Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu, zəngin və dünyada tanınan bir dildir” fikri bu qərarın arxasında mənəvi dəyərləri özündə ehtiva edən qətiyyətli iradəni nümayiş etdirir.
Müstəqillik illərində də ana dilinin inkişafı Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Həmin ilin avqustunda isə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis edilmişdir. 2002-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə bu sahədə hüquqi mexanizmlərin daha da möhkəmlənməsinə xidmət etmişdir. Həmin qanunda Azərbaycan dili dövlətçiliyin əsas atributu kimi təsbit olunmuş və onun qorunması dövlətin vəzifəsi elan edilmişdir.
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin qorunmasının daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Beləliklə, ana dilini qorumaq milli kimliyə, milli irsə və müstəqil dövlətçiliyə sədaqət deməkdir. Bu gün xalqımız öz müstəqil və qalib dövləti ilə birlikdə zəngin mənəvi dəyərlərinin mühüm tərkib hissəsi olan ana dili ilə də qürur duyursa, bu, Ulu Öndər Heydər Əliyevin dühası, uzaqgörənliyi və milli ideallara sədaqəti ilə bərabər, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri