Müəllimə “dilənçi” demişdilər, indi də “hinduşkabaş”... EKSPERT RƏYİ | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəb direktorlarının davranışları təhsil sistemində mövcud olan idarəetmə problemlərinin yalnız bir nümunəsidirBakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir: “Müəllimləri valideynlərin yanında təhqir edir.
Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb.
Tam oxu
Xəbəri oxu