Icma.az
close
up
RU
Müəllimə “dilənçi” demişdilər, indi də “hinduşkabaş”... EKSPERT RƏYİ

Müəllimə “dilənçi” demişdilər, indi də “hinduşkabaş”... EKSPERT RƏYİ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəb direktorlarının davranışları təhsil sistemində mövcud olan idarəetmə problemlərinin yalnız bir nümunəsidir


Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir: “Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar. Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər.  

Qeyd edək ki, sözügedən məsələ məktəb direktorları ilə bağlı qeydə alınan ilk biabırçılıq deyil. Zaman-zaman yazılı və elektron mediada bəzi məktəb direktorları tərəfindən rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verməsi, kollektiv üzvləri və valideynlərlə qarşıdurma yaratması kimi faktlarla rastlaşırıq. Özünü “firon” hesab edən, “burda mənəm, Bağdadda kor xəlifə” deyən məktəb direktorlarının sayı günü-gündən artır. 


Sözügedən mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən təhsil eksperti Kamran Əsədov da qeyd edib ki, Azərbaycanda məktəb direktorlarının davranışları təhsil sistemində mövcud olan idarəetmə problemlərinin yalnız bir nümunəsidir: 


“Bir neçə gün əvvəl digər bir məktəbdə direktorun müəllimlərə “dilənçi” deməsi ilə bağlı səs yazısının yayılması da vəziyyətin nə qədər kritik olduğunu göstərir. Son illərdə Azərbaycanda məktəb direktorları ilə bağlı şikayətlərin artması göstərir ki, bu, ayrı-ayrı şəxslərin davranışı ilə məhdudlaşan problem deyil, sistemin özündə ciddi boşluqlar mövcuddur. Məktəb direktorlarının təyinat prosesi Azərbaycanda ciddi problemlərdən biridir. Hazırda məktəb direktorları müsabiqə əsasında seçilsə də, bəzi hallarda bu proses formal xarakter daşıyır və vəzifələr daha çox şəxsi əlaqələrə, qeyri-rəsmi göstərişlərə və ya müəyyən qrupların maraqlarına uyğun şəkildə bölüşdürülür. Bu, peşəkar və idarəetmə qabiliyyətləri yüksək olan namizədlərin kənarda qalmasına, rəhbərlik üçün uyğun olmayan şəxslərin isə məktəblərə rəhbərlik etməsinə gətirib çıxarır. Beynəlxalq təcrübəyə baxdıqda isə görürük ki, inkişaf etmiş ölkələrdə məktəb direktorları ciddi seçim prosesindən keçir. Məsələn, Finlandiyada məktəb direktoru olmaq üçün pedaqoji sahədə uzunillik təcrübə, idarəetmə qabiliyyəti və strateji planlaşdırma bacarıqları əsas şərtlər kimi qiymətləndirilir. Bundan əlavə, direktorların fəaliyyəti mütəmadi olaraq müstəqil nəzarət orqanları tərəfindən monitorinq edilir və qiymətləndirilir. Azərbaycanda isə məktəb direktorları təyin olunduqdan sonra onların fəaliyyətinə nəzarət demək olar ki, çox zəif aparılır. Bu da bəzi hallarda onların özlərini toxunulmaz hiss etmələrinə və məktəbi şəxsi biznes strukturu kimi idarə etmələrinə səbəb olur”.


K.Əsədovun sözlərinə görə, məktəb direktorlarının müəllimlərə və valideynlərə qarşı qeyri-etik davranış sərgiləməsi ciddi problemdir: 

“Azərbaycan qanunvericiliyinə əsasən, direktorlar məktəbdə sağlam psixoloji mühitin yaradılmasına cavabdehdirlər. “Təhsil haqqında” Qanunun 29-cu maddəsində göstərilir ki, təhsil müəssisələrinin rəhbərləri müəllimlərin hüquqlarını qorumalı, onlara qarşı hər hansı qeyri-etik və ya təhqiredici münasibətə yol verməməlidirlər. Lakin son dövrlərdə bir çox məktəbdə direktorların müəllimləri aşağılaması, onlara qeyri-etik ifadələr işlətməsi halları geniş yayılıb. Bu, müəllimlərin peşəkar fəaliyyətinə mənfi təsir edir və onların iş mühitində özlərini rahat hiss etmələrinə mane olur. Müəllimlər artıq məktəbdə özlərini bir akademik mühitin üzvü deyil, tabelikdə olan sıravi işçi kimi hiss edirlər. Bununla yanaşı, bəzi direktorlar müəllimlərdən rüşvət tələb edir, məktəbdə işləmək üçün qeyri-rəsmi ödənişlər tələb olunur və hətta bəzi məktəblərdə müəllimlərdən məktəb üçün müxtəlif “fondlar”a pul köçürmələri istənilir”.


Ekspertin sözlərinə görə, məktəblərdə rəhbərliklə bağlı problemlərin əsas səbəblərindən biri nəzarət və hesabatlılıq mexanizmlərinin zəif olmasıdır: 

“Bir çox hallarda müəllimlər və valideynlər məktəb direktorlarından narazı olduqda bunu rəsmi şəkildə bildirməkdən çəkinirlər. Çünki belə hallarda çox vaxt ya onların səsi eşidilmir, ya da nəticə olmur. Azərbaycanda təhsil sistemində məktəb direktorlarının fəaliyyətinə effektiv nəzarət mexanizmi mövcud deyil. Bir çox inkişaf etmiş ölkələrdə məktəb direktorlarının fəaliyyəti müstəqil nəzarət orqanları tərəfindən müntəzəm olaraq yoxlanılır. Məsələn, Böyük Britaniyada məktəb rəhbərlərinin fəaliyyəti "Ofsted" adlı müstəqil qurum tərəfindən qiymətləndirilir və direktorların etik qaydalara riayət etməməsi aşkarlanarsa, onlar ciddi şəkildə cəzalandırılır. Finlandiyada isə direktorların işinə cəmiyyətin və məktəb icmasının nəzarət etməsi üçün xüsusi mexanizmlər yaradılıb. Valideynlər və müəllimlər hər il direktorların fəaliyyəti ilə bağlı rəy bildirir və bu rəylər onların vəzifədə qalmasına təsir edir”.


K.Əsədovun fikrincə, Azərbaycanda məktəb direktorları ilə bağlı problemlərin həlli üçün bir neçə vacib addım atılmalıdır: 

“Birinci növbədə, direktor təyinatı ilə bağlı qaydalar daha da sərtləşdirilməli və seçim prosesi tam şəffaf aparılmalıdır. Bütün namizədlər yalnız peşəkarlıq və idarəetmə bacarıqlarına əsasən seçilməlidir. İkincisi, direktorların fəaliyyəti üzərində ciddi nəzarət mexanizmi qurulmalıdır. Direktorların etik qaydaları pozduğu hallar təkcə şikayətlər əsasında yox, həm də müstəqil monitorinq sistemləri vasitəsilə araşdırılmalıdır. Üçüncüsü, məktəblərdə anonim şikayət mexanizmi yaradılmalı və müəllimlər, valideynlər və hətta şagirdlər məktəb rəhbərlərinin qeyri-etik davranışı barədə rahat şəkildə məlumat verə bilməlidirlər. Dördüncüsü, məktəb direktorlarının etik qaydalar çərçivəsində idarəetmə aparması üçün mütəmadi təlimlər təşkil olunmalı və onlara liderlik, kommunikasiya və psixoloji idarəetmə ilə bağlı bacarıqlar öyrədilməlidir”.


Mütəxəssisin sözləriinə görə, bütün bu tədbirlər görülmədiyi təqdirdə, məktəb direktorları ilə bağlı problemlər davam edəcək və təhsilin keyfiyyətinə ciddi ziyan vuracaq: 

"Təhsil yalnız dərsliklərdən ibarət deyil, həm də sağlam mühit və idarəetmədən asılıdır. Əgər məktəb direktorları müəllimlərə hörmət etmirsə, onların peşəkar fəaliyyətini dəyərləndirmirsə, təhsil sistemindən yüksək nəticələr gözləmək çətin olacaq. Məktəb rəhbərlərinin özbaşınalığını dayandırmaq üçün təhsil siyasətində fundamental dəyişikliklər edilməlidir. Əks halda, müəllimlərin hörməti azalacaq, məktəblərdə akademik mühit zəifləyəcək və bu da təhsilin ümumi səviyyəsinə mənfi təsir edəcək. Təhsil idarəçiliyində ciddi islahatlar aparılmasa, müəllimlərin hüquqları pozulmağa, məktəblərdə özbaşınalıq davam etməyə və təhsil sistemi daha da geriləməyə davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri