Müəllimlər də əsəbiləşiblər, suallar şagirdlərə zərər vurur AÇIQLAMA FOTO | Icma.az
Icma.az, Olke.az saytına istinadən bildirir. Orta məktəbin 4-cü sinif şagirdlərinə 5-ci sinfə keçid üçün verilən monitorinqin sınaq testləri
Bu barədə valideynlərdən biri Ölkə.Az-ın qaynar xəttinə məlumat verib.
Adını açıqlamayan valideyn Azərbaycan dili və riyaziyyat üzrə 4 tapşırığın fotosunu da göndərib.
Valideyn riyaziyyat tapşırıqlarının 4-cü sinif üçün olduqca çətin tərtib edildiyini, dinləyib anlama mətnlərinin də həcmcə böyük və qəliz olduğunu söyləyib: "Bu suallar 4-cü sinifdən 5-ci sinfə keçid monitorinqinin sınaq suallarıdır.
Elə bil ki uşaqlar universitetə hazırlaşır. Mətnlər nə böyüklükdədir.
Sinif müəllimi də əsəbiləşib ki, axı bu uşaqların səviyyəsinə uyğun deyil. 9 yaşında uşaqdan nə gözləyirsiniz? Nə istəyirsiniz?
Riyazi əməllər 7 pilləlidir. Övladım bu suallara cavab verə biləndə özüm də təəccüblənirəm.
Bunların gözündə uşaqlar sanki atom parçalamalıdırlar. 9 yaşında uşaq niyə belə ağır stres altına niyə girməlidir?
Tam oxu
Xəbəri oxu