Icma.az
close
up
RU
Müəllimlər də əsəbiləşiblər, suallar şagirdlərə zərər vurur AÇIQLAMA FOTO

Müəllimlər də əsəbiləşiblər, suallar şagirdlərə zərər vurur AÇIQLAMA FOTO

Icma.az, Olke.az saytına istinadən bildirir.

Orta məktəbin 4-cü sinif şagirdlərinə 5-ci sinfə keçid üçün verilən monitorinqin sınaq testlərinin sualları valideynlər tərfindən narazılıqla qarşılanıb.

Bu barədə valideynlərdən biri Ölkə.Az-ın qaynar xəttinə məlumat verib. Adını açıqlamayan valideyn Azərbaycan dili və riyaziyyat üzrə 4 tapşırığın fotosunu da göndərib.

Valideyn riyaziyyat tapşırıqlarının 4-cü sinif üçün olduqca çətin tərtib edildiyini, dinləyib anlama mətnlərinin də həcmcə böyük və qəliz olduğunu söyləyib:

"Bu suallar 4-cü sinifdən 5-ci sinfə keçid monitorinqinin sınaq suallarıdır. Elə bil ki uşaqlar universitetə hazırlaşır. Mətnlər nə böyüklükdədir. Sinif müəllimi də əsəbiləşib ki, axı bu uşaqların səviyyəsinə uyğun deyil. 

9 yaşında uşaqdan nə gözləyirsiniz? Nə istəyirsiniz? Riyazi əməllər 7 pilləlidir. Övladım bu suallara cavab verə biləndə özüm də təəccüblənirəm. Bunların gözündə uşaqlar sanki atom parçalamalıdırlar. 

9 yaşında uşaq niyə belə ağır stres altına niyə girməlidir? Bu suallara cavab vermək onlar üçün tezdir. Uşaq qapıdan girən kimi deyir ki, ana, testdən səhvlərim olsa, hirslənmə, suallar çətin idi, mətnlər yorucu idi", - deyə valideyn söyləyib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elmin Nuri bu cür sual nümunələri ilə dolu vəsaitlərin məktəbə haradan gəldiyini sual edib:

Fotoda Elmin Nuri

"Əvvəlcə bilmək lazımdır ki, bu tapşırıqlar müəllim masasının üzərinə haradan gəlir? Bildiyim qədərilə Elm və Təhsil Nazirliyi durub məktəblərə bir-bir test nümunələri, 4-5-ci sinif üçün müəyyən hazırlıq vəsaitləri paylamır. Bir çox hazırlıq mərkəzləri, nəşriyyatlar pul qazanmağın asan yolunu tapıblar. Onlar uşaqlar üçün olimpiadaya, monitorinqlərə, liseylərə hazırlıqlar və s. ilə bağlı vəsait hazırlayırlar ki, satışı getsin. Həqiqətən şagird kitablarının satışı bazarda çox uğurlu variantlardan hesab olunur. Bəzi nəşriyyatlar var ki, özünü sırf şagirdlərə hesablanmış vəsaitlər hesabına saxlayırlar. 

Həmin nümunələr hansı nəşriyyata aiddir bunu deyə bilmərəm. Bununla belə əmin deyiləm ki, bu suallar dövlət tərəfindən deyil, özəl sektordan gəlib".

Ekspert hesab edir ki, bu cür uşağın yaşına uyğun olmayan tapşırıqlar onları demotivasiya etməkdən başqa bir işə yaramır:

"Belə tapşırıqların olması hər bir halda doğru deyil. Bu cür ağır dərəcəli, uşağın psixikasına, zehni qavrama bacarığına ağır yük kimi görünən tapşırıqlar nədən doğur? Valideynlər haqlı olaraq etiraz edirlər. Biz bu gün 4,5 və yaxud 6-cı sinif şagirdlərini ağır test tapşırıqları ilə yükləsək, onun psixikasına çox ciddi zərbə vurmuş olarıq. Çünki bu, birmənalı şəkildə demotivasiyadır. Bu gün yüksək zehni olan bir uşaq həm də motivasiya ilə qidalanır. Maşın üçün yanacaq nə deməkdirsə, uşaq üçün də motivasiya odur. Amma X adlı bir müəllif bu cür test tapşırığını onun qarşısına qoyub motivasiyasını pozur. Mərhələ deyilən bir anlayış var. Biz hələ ki, təhsilin tədrisində, məzmununda ələnməni həyata keçiririk. Uşaqlar hələ kurikulumun standartlarına uyğun dərs vəsaitləri ilə tam təmin olunmayıblar. Amma sən bu gün Sinqapur məktəbinin şagirdi üçün hazırlanmış bir sualı uşağın qarşısına qoysaq, bu ona yardım etməyəcək, əksinə incidəcək". 

Billurə Yunus


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri