Müəllimlər “gözləmə zalı nda: Maaş niyə artmır? | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkədə 2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib.
İbtidai sinif üzrə 31 min 859 nəfər, Azərbaycan dili və ədəbiyyat üzrə 9892 nəfər, riyaziyyat üzrə 8807 nəfər, xarici dil üzrə 13 957 nəfər sertifikasiya prosesinə qatılıb.
Eyni zamanda, biologiya – 3 544 nəfər, kimya – 3 629 nəfər, fizika – 3 487 nəfər, coğrafiya – 3 432 nəfər sertifikasiyadan keçib.
Müəllimlərin qiymətləndirilməsi mərhələli şəkildə həyata keçirilir və 2026-cı ilə qədər bütün fənlər üzrə yekunlaşdırılması planlaşdırılır.
“10 il bundan sonrakı vəziyyəti təsəvvür etsək, növbəti sertifikasiya imtahanlardan sonra məktəblərimizdə sertifikasiya balları yüksək olan müəllimlər işləyəcək”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib.
Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır: “Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq”.
Tam oxu
Xəbəri oxu