Icma.az
close
up
RU
Müəllimlər “gözləmə zalı nda: Maaş niyə artmır?

Müəllimlər “gözləmə zalı nda: Maaş niyə artmır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə 2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib.  

İbtidai sinif üzrə 31 min 859 nəfər, Azərbaycan dili və ədəbiyyat üzrə 9892 nəfər, riyaziyyat üzrə 8807 nəfər, xarici dil üzrə 13 957 nəfər sertifikasiya prosesinə qatılıb. Eyni zamanda, biologiya – 3 544 nəfər, kimya – 3 629 nəfər, fizika – 3 487 nəfər, coğrafiya – 3 432 nəfər sertifikasiyadan keçib. Müəllimlərin qiymətləndirilməsi mərhələli şəkildə həyata keçirilir və 2026-cı ilə qədər bütün fənlər üzrə yekunlaşdırılması planlaşdırılır. 

“10 il bundan sonrakı vəziyyəti təsəvvür etsək, növbəti sertifikasiya imtahanlardan sonra məktəblərimizdə sertifikasiya balları yüksək olan müəllimlər işləyəcək”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib. 

Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır:

“Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq”.

2026-cı ilin sonunadək bütün fənlər üzrə 40 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunacaq. Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin maaşı 35 faiz, qənaətbəxş nəticə göstərənlərin isə maaşı 10 faiz artıb.

Qeyd edək ki, ölkədə  sertifikasiyadan keçən müəllimlərin əmək haqqında artım olsa da, sertifikasiyada iştirak etməyən müəllimlərin maaşında artım yoxdur. Bu barədə sosial şəbəkələrdə bəzi müəllimlər öz iradlarını bildirirlər. Qeyd edirlər ki, niyə onlar maaş artımı üçün bir neçə il sonra sertifikasiyanın keçiriləcəyini gözləməlidirlə. Məhz maaşların eyni vaxtda artımı ilə bağlı bütün fənlər üzrə eyni vaxtda sertifikasiyanın təşkili mümkündürmü?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, ölkədə müəllimlərin sertifikasiyadan keçirilməsi prosesi təhsil sistemində keyfiyyətin artırılması üçün nəzərdə tutulsa da, tətbiq olunan mexanizmlərin sosial-iqtisadi nəticələri çox zaman müəllimlərin narazılığına səbəb olur: 

“Əmək Məcəlləsinin 155-ci maddəsində “bərabər əməyə görə bərabər haqq” prinsipi təsbit olunsa da, hazırkı reallıqda eyni iş şəraitində, eyni dərs yükündə olan müəllimlərin maaşları arasında ciddi fərq yaranır. Bu fərq yalnız sertifikasiya imtahanını vermiş müəllimlərə əlavələrin tətbiqi ilə izah olunur. Halbuki Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, ölkədə 147 mindən çox müəllim fəaliyyət göstərir və onların təxminən 35-40 faizi hələ sertifikasiyadan keçməyib. 

Belə olan halda, yüzlərlə müəllim özünü sanki “gözləmə zalında” hiss edir, maaş artımını yalnız növbəti illərdə keçiriləcək mərhələlərdən sonra ala biləcəyini düşünürlər. Bu prosesin müsbət tərəfi ondadır ki, müəllimlərə peşəkar inkişaf üçün stimul verilir və zəif nəticə göstərənlərin sistemdən kənarlaşdırılması nəzərdə tutulur. Ancaq praktiki nəticələr göstərir ki, müəllimlərin çoxu məhz maaş amili naminə imtahana girir, yəni məqsəd keyfiyyət deyil, yalnız sosial təminatdır. 

Bu isə sertifikasiyanın ideoloji mahiyyətini kölgədə qoyur. Elm və Təhsil Nazirliyi bu məsələni təkcə imtahanla məhdudlaşdırıb, nə əlavə hazırlıq proqramı, nə də marifləndirici tədbirləri sistemli şəkildə təşkil edib. Bu səbəbdən də imtahanda uğursuz nəticə göstərən müəllimlərin əksəriyyəti peşəkar çatışmazlıq yox, psixoloji hazırlıqsızlıq və dəstək mexanizmlərinin yoxluğu üzündən kəsilir”.

Ekspertin sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda, Finlandiyada müəllimlərin əməkhaqqı artımı yalnız imtahan nəticəsinə bağlanmır: 

“Orada bütün müəllimlər üçün vahid minimum baza maaşı mövcuddur, üzərinə isə staj, elmi dərəcə və ixtisasartırma kursları ilə bağlı diferensial əlavələr gəlir. Braziliyada isə “beşpilləli müəllim inkişaf modeli” tətbiq edilir: 

müəllimlər təcrübə, metodik bacarıq və pedaqoji nəticələrinə görə mərhələli şəkildə yüksəlir və hər mərhələ maaş artımı ilə müşayiət olunur. Azərbaycanda isə yalnız imtahandan keçənlərə artım tətbiqi həm sosial ədalətsizlik, həm də peşə nüfuzuna zərbə vurur.

Sertifikasiyanın bütün fənlər üzrə eyni vaxtda keçirilməsi texniki və təşkilati baxımdan real deyil. 147 min müəllimin eyni ildə imtahana cəlb olunması nə imtahan mərkəzlərinin, nə də qiymətləndirmə mexanizmlərinin gücü çatar. Üstəlik, bu, məktəblərdə dərs prosesinin dayanmasına gətirib çıxarar. Buna görə mərhələli yanaşma obyektiv zərurətdir. 

Amma mərhələlilik o demək deyil ki, imtahandan keçməyən müəllimlər maaş artımından məhrum qalmalıdır. Daha düzgün yanaşma hər kəs üçün baza əməkhaqqının artırılması, sertifikasiyadan keçənlər üçün isə əlavə diferensial əlavələrin tətbiqi olardı. Bu, həm sosial ədalət balansını qoruyar, həm də keyfiyyət stimullarını gücləndirərdi.

Mövcud vəziyyətdə Elm və Təhsil Nazirliyi məsuliyyətdən yayınır. Nazirlik bu prosesin izahını və maarifləndirici işlərini geniş ictimaiyyətə təqdim etmir. Sertifikasiya ilə bağlı gələcək illərin proqnozları, planlaşdırma və yol xəritəsi müəllimlərə açıqlanmır. Bu isə müəllimləri qeyri-müəyyənlik içində saxlayır. 

Nazirliyin planı olsaydı, hansı ildə neçə müəllimin imtahana cəlb olunacağı, baza əməkhaqqının ümumi artım templəri və əlavə stimullar barədə ictimaiyyətə dəqiq məlumat verilərdi. Əksinə, hazırda yalnız “imtahan keçirilsin və maaş artsın” yanaşması mövcuddur ki, bu da həm pedaqoji korpusu bölür, həm də təhsil sistemində uzunmüddətli dayanıqlılığı təmin etmir.

Əgər bu yanaşma dəyişməzsə, müəllimlərin bir hissəsi motivasiyasını itirəcək, digər hissəsi isə yalnız maaş artımı naminə imtahana hazırlaşacaq. Keyfiyyətin yüksəlməsi əvəzinə formal imtahan nəticələri ön plana çıxacaq. Dəyişməli olan budur ki, müəllim maaşları təməl olaraq artırılmalı, sertifikasiyadan keçənlər isə əlavə diferensial üstünlüklərlə mükafatlandırılmalıdır. 

Elm və Təhsil Nazirliyi bu sahədə ciddi marifləndirmə aparmalı, beynəlxalq təcrübəyə əsaslanan inkişaf modeli ortaya qoymalı, uzunmüddətli proqnozlar elan etməlidir. Təəssüf ki, hazırda bunların heç biri yoxdur və nəticədə həm müəllim, həm də təhsil sistemi itirir”.

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: Müəllimlər Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri