Icma.az bildirir, Olke.az portalına istinadən. Ekspert deyir ki, ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğ
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025-2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə ed
Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib.
Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk.
Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur. Qərar 30 nəfərdən ibarət olan pedaqoji və rəhbər heyətə şamil olunur.
Məqsəd müəllimlər arasında bərabərlik prinsiplərini möhkəmləndirmək, nizam-intizamı artırmaq və məktəb mühitində sağlam psixoloji atmosfer yaratmaqdır.
Bəs dünya praktikasında necədir? Qeyd edək ki, müəllimlər üçün vahid geyim məsələsi müxtəlif ölkələrdə fərqli yanaşmalarla tətbiq olunur.
Məsələn, Yaponiya, Cənubi Koreya və Çində müəllimlər adətən çox rəsmi geyinir. Qara şalvar və ağ köynək demək olar ki, standart sayılır.