Icma.az
close
up
RU
Müəllimlər üçün vahid geyimə keçid

Müəllimlər üçün vahid geyimə keçid

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ekspert deyir ki, ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğura bilər, çünki... 

Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025-2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək. Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib. Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk. 

Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur. Qərar 30 nəfərdən ibarət olan pedaqoji və rəhbər heyətə şamil olunur. Məqsəd müəllimlər arasında bərabərlik prinsiplərini möhkəmləndirmək, nizam-intizamı artırmaq və məktəb mühitində sağlam psixoloji atmosfer yaratmaqdır.

Bəs dünya praktikasında necədir?

Qeyd edək ki, müəllimlər üçün vahid geyim məsələsi müxtəlif ölkələrdə fərqli yanaşmalarla tətbiq olunur. Məsələn, Yaponiya, Cənubi Koreya və Çində müəllimlər adətən çox rəsmi geyinir. Qara şalvar və ağ köynək demək olar ki, standart sayılır. Bəzi məktəblərdə müəllimlər üçün də formaya bənzər vahid geyim tələbi mövcuddur. Bu, şagirdlərə nümunə olmaq və intizamı gücləndirmək məqsədi daşıyır.

Avropa ölkələrində müəllimlər üçün məcburi vahid forma qaydası çox az hallarda tətbiq olunur. Daha çox “dress-code” prinsipi mövcuddur. Yəni müəllimlər rəsmi və ya yarırəsmi geyinməlidir, amma bu, müəyyən rəng və model məhdudiyyətləri ilə sərt tənzimlənmir. Məsələn, Böyük Britaniyada müəllimlər ciddi, amma fərdi üslublarına uyğun geyinə bilirlər.

ABŞ və Kanadada müəllimlər üçün xüsusi forma yoxdur. Ancaq müəllimlər professional görünüşə ciddi önəm verirlər. Məktəb administrasiyaları çox vaxt “iş yerinə uyğun geyim” qaydası qoyur.

Yaxın Şərqdə, xüsusilə də körfəz regionunda müəllimlərin geyimi həm milli ənənələr, həm də məktəb qaydaları ilə müəyyən olunur. Məktəb brendinə uyğun olaraq müəllimlər üçün vahid forma da tətbiq edilə bilir.

Samux məktəbinin bu qərarı dünya təcrübəsində ən çox Asiya modelinə uyğun gəlir. Avropada isə daha çox elastiklik var, yəni müəllimlərin geyimi sərt formada tənzimlənmir. Amma hər iki modelin ortaq nöqtəsi müəllimin nüfuzunun qorunmasıdır. Bəzi mütəxəssislər hesab edir ki, müəllimlər üçün vahid forma onların həmrəyliyini artırır, digərləri isə bunun yaradıcılıq azadlığını məhdudlaşdırdığını düşünür. Bu səbəbdən də praktikada yanaşmalar müxtəlifdir.

 İlqar Oruc 

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti İlqar Oruc “Yeni Müsavat”a danışıb. Ekspert adıçəkilən məktəbin Pedaqoji Şurasının qərarını yüksək qiymətləndirdiyini bildirib: “Bildiyim qədərilə Elm və Təhsil Nazirliyinin müəllimlərin korporativ geyim formaları ilə bağlı təlimatı var. Amma bu təlimat daha çox tövsiyə xarakteri daşıyır. Məlum olduğu kimi, çox da uzaq olmayan keçmişdə bəzi müəllimlər məktəbə bahalı zinət əşyaları, dəbdəbəli şubalar və geyimlərlə gəlirdilər. Son illərdə isə bu tendensiya xeyli zəifləyib. Mən hesab edirəm ki, vahid geyim tətbiqi çox düzgün qərardır. Beynəlxalq təcrübəyə nəzər salanda da görürük ki, müxtəlif ölkələrdə müəllimlərin geyimləri ilə bağlı fərqli qaydalar mövcuddur. Bəzi ölkələrdə tam sərbəstlik verilir, bəzi ölkələrdə isə müəyyən normalar tətbiq olunur. Hətta elə ölkələr var ki, müəllimlərin geyimlərinin rəngi və komponentləri də xüsusi qaydalarla tənzimlənir. Azərbaycanda isə bu cür qaydalar yoxdur. Bizdə yalnız məktəblilər üçün vahid forma qaydaları mövcuddur. Halbuki müəllim təkcə məktəbdə deyil, cəmiyyətdə də nümunə olmalıdır. O nümunə yalnız davranış və biliklərlə deyil, həm də geyimlə nümayiş etdirilməlidir. Bu, müəllimin nüfuzunun artmasına mühüm töhfə verə bilər. Azərbaycanda müəllimlərin geyimi ilə bağlı xoşagəlməz fikirlər son illərdə eşidilməsə də, ayrı-ayrı məktəblərdə vahid geyim tətbiqini çox müsbət qarşılayıram. Hesab edirəm ki, geyimlərin seçilməsində müəyyən sərbəstlik verilə bilər, amma konkret rəng, üslub və forma standartlarının qorunması daha məqsədəuyğundur. Müəllim sinfə daxil olanda şagirdin yaddaşında yalnız biliyi ilə deyil, davranışı, rəftarı və vizual görünüşü ilə də qalır. Ona görə də müəllim həmişə səliqəli olmalı, cəmiyyətdə bütün parametrlərdə seçilməlidir. Onu fərqləndirən cəhətlərdən biri də geyimidir. Doğrudur, müəllimlərimiz indiyədək geyimləri ilə də nümunə olmağa çalışıblar. Amma vahid geyim, hətta üzərində işlədiyi məktəbin adını daşıyan sadə elementlər belə müəllimi fərqləndirə bilər. Bu, kiçik detal kimi görünsə də, əslində peşə imicini möhkəmləndirən vacib addımdır. Necə ki, digər peşə sahələrində vahid forma mövcuddur, eləcə də müəllimlər üçün vahid geyim tətbiqi həm ictimai etimadı gücləndirər, həm də hər kəsə bu geyimi daşıyan şəxsin Azərbaycan müəllimi olduğunu aydın göstərər”.

Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov da müəllimlərin vahid geyim formasına keçmə təşəbbüsünü alqışladığını, lakin ölkə miqyasında məcburi şəkildə vahid formaya keçidin müəyyən mübahisələr doğura biləcəyini deyib: “Qanunvericiliyə görə, yalnız dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyim formalarının eskizlərini Nazirlər Kabineti təsdiqləyir. Digər bütün təhsil müəssisələrində geyim forması həmin müəssisələrin nizamnamələri ilə müəyyən olunmalıdır. Təəssüf ki, bizdə orta ixtisas və ümumtəhsil müəssisələrinin nizamnamələri yoxdur. Ali məktəblərdə nizamnamə mövcuddur, amma çox vaxt formal xarakter daşıyır.

Müəllimlərin - yəni pedaqoji işçilərin geyim forması ilə bağlı qanunvericilikdə konkret müddəa yoxdur. Bununla belə, Elm və Təhsil Nazirliyinin 2008-ci ildə keçirilmiş kollegiya iclasında pedaqoji işçilərin korporativ geyim forması ilə bağlı qərar qəbul olunub. Həmin qərarda müəllimlərin dərs prosesində geyimlərinə dair tələblər - hansı geyimlərin uyğun, hansının isə yolverilməz olduğu göstərilib.

Artıq illərdir ki, ölkənin ayrı-ayrı bölgələrində, məsələn, Naxçıvanda və Bakı məktəblərinin bir hissəsində, pedaqoji şuraların qərarı əsasında müəllimlərin vahid geyim forması tətbiq olunur. Yəni bu, yerli təşəbbüslərlə həyata keçirilən bir prosesdir və praktiki olaraq müəllimlər də buna əməl edirlər.

Dünya təcrübəsinə baxanda da fərqli yanaşmalar var. Bəzi ölkələrdə - məsələn, Yaponiyada, Sinqapurda və digərlərində müəllimlər döş nişanı ilə fərqlənirlər. Başqa ölkələrdə isə müəllimlər sadəcə sadə, səliqəli geyimlərlə dərsə gəlirlər və bu, onların peşəkar nüfuzunu qorumağa kifayət edir. Mənim fikrimcə, əgər kollektiv razılıq əsasında vahid geyim tətbiq olunursa, bu, alqışlanmalıdır. Amma ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğura bilər. Çünki pedaqoji işçilərin hamısı bu ideyaya razı deyil. Halbuki, qeyd etdiyim kimi, 2008-ci ildə qəbul edilmiş qərarda müəllimlərin korporativ geyim qaydaları təsdiq olunub. Təəssüf ki, bu qaydalar bir çox məktəblərdə icra edilmir".

Elşən Qafarovun fikrincə, pedaqoji işçilərin geyim formaları ilə bağlı vahid qaydalar ayrıca təsdiq olunmalı, həmin qaydalar çərçivəsində müəllimlər öz geyimlərini nizamlaya bilməlidirlər: “Eyni zamanda bu qaydalar "Etik davranış kodeksi"nin tərkibinə də daxil edilə bilər. Çünki həmin kodeksdə müəllimin geyimi ilə də nümunə göstərməli olduğu qeyd olunur. Ancaq indiyədək bu nümunənin konkret forması müəyyən edilməyib  - hansı geyim olar, hansı olmaz məsələsi açıq qalır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Sentyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see877

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see363

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see267

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see239

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see239

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see216

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see186

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see183

Dollar, avro və qızıl

26 İyul 2026 10:32see182

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see179

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see177

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see174

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see172

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see171

Ramiz Mehdiyevin ailəsinə məxsus bankda nə baş verir?

26 İyul 2026 13:02see166

İran və Oman RAZILAŞIR?

26 İyul 2026 15:23see163

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see160

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see160

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see159

Rusiya bu gecə Kiyevə zərbə endirib, yaşayış binalarında yanğınlar başlayıb

26 İyul 2026 09:10see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri