Icma.az, Demokrat.az saytına istinadən bildirir. Son günlər məktəb direktorları ilə bağlı xoşagəlməz halların şahidi oluruq.
Belə ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy müəllimlərin ona ad günü üçün aldığı 600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” hesab edib.
301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva isə müəllimləri “hinduşkabaş” adlandırıb.Bundan başqa onun şagirdlərdən 100 manat yığmasına dair səs yazısı yayılıb.
Göründüyü kimi, məktəbdə “bazar” açıb, şagirdlərdən, müəllimlərdən pul yığırlar.
Üstəlik müəllimləri təhqir edirlər.Məlumat üçün bildirək ki, ölkədə 4 mindən çox orta məktəb və o sayta direktor fəaliyyət göstərir.
Onlar arasında əksəriyyəti reketsayağı davranışa meyillidirlər.
Düzdür, aralarında yaxşı direktorlar da var, amma yaxşılar yamanların kölgəsində qalır. Bu neqativlik təhsilə ciddi zərbə vurur.
Mövcud biabırçılıqlar üzə çıxdıqda həmin direktorlara cəzalar tətbiq olunur, işdən çıxarılır və s.