Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Müəllimləri “dilənçi” və “hinduşkabaş” adlandıran direktorlar həbs oluna bilər: 12 il…

Müəllimləri “dilənçi” və “hinduşkabaş” adlandıran direktorlar həbs oluna bilər: 12 il…

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son günlər məktəb direktorları ilə bağlı xoşagəlməz halların şahidi oluruq. Belə ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy müəllimlərin ona ad günü üçün aldığı 600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” hesab edib. 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva isə müəllimləri “hinduşkabaş” adlandırıb.
Bundan başqa onun şagirdlərdən 100 manat yığmasına dair səs yazısı yayılıb. Göründüyü kimi, məktəbdə “bazar” açıb, şagirdlərdən, müəllimlərdən pul yığırlar. Üstəlik müəllimləri təhqir edirlər.
Məlumat üçün bildirək ki, ölkədə 4 mindən çox orta məktəb və o sayta direktor fəaliyyət göstərir. Onlar arasında əksəriyyəti reketsayağı davranışa meyillidirlər. Düzdür, aralarında yaxşı direktorlar da var, amma yaxşılar yamanların kölgəsində qalır. Bu neqativlik təhsilə ciddi zərbə vurur. Mövcud biabırçılıqlar üzə çıxdıqda həmin direktorlara cəzalar tətbiq olunur, işdən çıxarılır və s. Lakin xoşagəlməz hallar bitmir, əksinə, davamı gəlir. Sanki Elm və Təhsil Nazirliyi də onlarla bacarmır və ya lazımi tətdbirlər görmür.
Belə direktorların məktəblərdə olması Azərbaycanda təhsilin iflic vəziyyətə gəlib çıxmasına səbəb olur. Müəllimlərə “hinduşkabaş” deyən məktəb direktorunun timsalında bu cür şəxslərlə bağlı hansı addımlar atılmalıdır? Təhsil ocaqlarını necə xilas etmək olar?
Ümumiyyətlə, rüşvət alan, müəllimləri təhqir edən məktəb direktorları ilə mübarizə metodu var?
Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycanda məktəb direktorlarının korrupsiyaya bulaşması, müəllimlərə qarşı qeyri-etik və hörmətsiz münasibət sərgiləməsi təhsil sisteminin əsas problemlərindən birinə çevrilib.
K.Əsədov deyib ki, ölkədə 4 mindən çox məktəb direktoru var və onların əksəriyyəti rəhbərlik etdikləri təhsil müəssisələrini şəxsi biznes strukturu kimi idarə edir:
“Direktorlar məktəbi kommersiya obyektinə çevirərək, qanunsuz yolla pul yığır, müəllimləri təhqir edir və onların azad düşüncə ilə fəaliyyət göstərməsinə mane olurlar. Dövlətin təhsildə islahatlar aparmaq niyyəti olduğu bildirilir, lakin praktikada bu dəyişikliklər kağız üzərində qalır. “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” Qanununun 9-cu maddəsinə əsasən, vəzifəli şəxslərin qanunsuz gəlir əldə etməsi ciddi hüquqi məsuliyyət yaradır. Buna baxmayaraq, məktəb direktorları müəllimlərdən və valideynlərdən müxtəlif bəhanələrlə pul yığır, dövlətin ayırdığı resursları mənimsəyir, məktəblərin maddi-texniki bazasının inkişafına və təhsil keyfiyyətinin artırılmasına mane olurlar. Nazirlik bu məsələyə nominal nəzarət edir, amma problemin kökündən həlli istiqamətində real tədbirlər görülmür”.
Ekspert ölkənin müxtəlif bölgələrində direktorların müəllimlərə qarşı hörmətsiz və alçaldıcı ifadələr işlətdiyi faktların dəfələrlə gündəmə gəldiyini qeyd edib:

“Müəllimləri “hinduşkabaş” adlandıran direktorların vəzifədə qalması, onların qanunsuz əməllərinə göz yumulması sistemin iflic vəziyyətdə olduğunu göstərir. Təhsil müəssisələrinin rəhbərləri müəllimlər üzərində psixoloji təzyiq yaradır, onlardan məcburi pul yığlr və istədiyi qərarları zorla qəbul etdirir. Bu isə müəllimlərin motivasiyasını azaldır, təhsil keyfiyyətini aşağı salır və şagirdlərin normal təhsil alma hüququnu pozur. Dünya təcrübəsi göstərir ki, təhsil sisteminin uğurlu olması üçün məktəb rəhbərliyinin seçilməsi və fəaliyyəti üzərində ciddi nəzarət mexanizmləri mövcud olmalıdır. Finlandiya modelində məktəb direktorları uzunmüddətli pedaqoji təcrübəyə malik olmalı, onların idarəetmə bacarıqları müstəqil ekspert komissiyaları tərəfindən yoxlanılmalıdır. Sinqapur və Estoniyada direktorların fəaliyyəti mütəmadi qiymətləndirilir və müəllimlərdən rüşvət tələb edən, qeyri-etik davranış sərgiləyən şəxslər dərhal vəzifədən kənarlaşdırılaraq cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycanda isə direktor vəzifəsinə təyinatlar çox zaman şəffaf aparılmır, direktorlar illərlə eyni məktəbdə işləyərək güclü korrupsiya şəbəkəsi formalaşdırır və sistemdən sui-istifadə edirlər”.
Kamran Əsədovun fikrincə, müəllimlərə təzyiq göstərən, məktəbi bazara çevirən direktorların cəzası təkcə işdən çıxarılmaq olmamalıdır:
“Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən, rüşvət alma faktı aşkarlanan vəzifəli şəxslər 12 ilə qədər azadlıqdan məhrum edilməlidir. Bununla yanaşı, təhsil müəssisələrində ictimai nəzarət gücləndirilməli, məktəb direktorlarının fəaliyyətinə dair hesabatlar ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Müəllimlərin və valideynlərin şikayət mexanizmi şəffaf olmalı, məktəbdə baş verən qanunsuzluqlarla bağlı anonim müraciət sistemləri yaradılmalıdır. Əgər Elm və Təhsil Nazirliyi bu məsələdə qətiyyətli mövqe ortaya qoymazsa, təhsil sistemi daha da uçuruma yuvarlanacaq. Təhsil müəssisələrində korrupsiya artdıqca, müəllimlərin nüfuzu azalır, cəmiyyətin savadsızlaşması sürətlənir və Azərbaycan təhsili beynəlxalq reytinqlərdə daha da geriləyir. Problemin kökündən həlli üçün təkcə direktorların cəzalandırılması yetərli deyil, sistemin bütövlükdə yenidən qurulması və idarəetmənin şəffaflaşdırılması zəruridir. Əks halda, gələcək nəsillər savadsız və manipulyasiya olunan bir cəmiyyətin qurbanına çevriləcək”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri