Müəllimləri imtahandan DİM keçirəcək? RƏSMİ | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn sınaq platforması 17 mart 2025-ci ildən etibarən ictimaiyyətə təqdim edilib.
Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə onlayn platformanın təqdimatı zamanı ictimaiyyətə müraciət edərək yeni imtahan modelinin təkmilləşdirilməsi üçün ən az iki min nəfərin imtahanda iştirakının vacib olduğunu vurğulayıb.
O, hər kəsi bu imtahanın ödənişsiz qaydada təşkil edilən sınaq prosesində iştiraka dəvət edib.
Qeyd edək ki, bu günə qədər onlayn sınaq platformasında 524 nəfər qeydiyyatdan keçib və onlardan 410 nəfər sınaq imtahanında iştirak edib.
Ölkəmizdə ilk dəfə tətbiq olunan bu imtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Azərbaycan dili üzrə DİM tərəfindən ümumi sertifikasiyanın keçirilməsi bir sıra iddiaları da özü ilə birlikdə gətirib.
Tam oxu
Xəbəri oxu