Icma.az
close
up
RU
Müəllimləri imtahandan DİM keçirəcək? RƏSMİ

Müəllimləri imtahandan DİM keçirəcək? RƏSMİ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn sınaq platforması 17 mart 2025-ci ildən etibarən ictimaiyyətə təqdim edilib. 

Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir. DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə onlayn platformanın təqdimatı zamanı ictimaiyyətə müraciət edərək yeni imtahan modelinin təkmilləşdirilməsi üçün ən az iki min nəfərin imtahanda iştirakının vacib olduğunu vurğulayıb. O, hər kəsi bu imtahanın ödənişsiz qaydada təşkil edilən sınaq prosesində iştiraka dəvət edib. 

Qeyd edək ki, bu günə qədər onlayn sınaq platformasında 524 nəfər qeydiyyatdan keçib və onlardan 410 nəfər sınaq imtahanında iştirak edib. Ölkəmizdə ilk dəfə tətbiq olunan bu imtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. 

Azərbaycan dili üzrə DİM tərəfindən ümumi sertifikasiyanın keçirilməsi bir sıra iddiaları da özü ilə birlikdə gətirib. Hazırda Azərbaycan dili fənnini tədris edən müəllimlər Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən sertifikasiyadan keçirilir, amma bəzi ekspertlərin fikrincə, bir müddət sonra Dövlət İmtahan Mərkəzi tərəfindən bütün müəllimlərin ümumi sertifikasiyaya cəlb olunması prosesi başlayacaq. 

Başqa sözlə desək, müəllimlərin sertifikasiya imtahanları DİM-ə həvalə olunacaq? 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az”a bildirilib ki, ümumi sertifikasiyanın DİM tərəfindən keçiriləcəyi fikri doğru məlumat deyil: 

“Bütün bunlar müvafiq qanunvericilik aktlarına əsaslanır və DİM-in səlahiyyətlərinə aid məsələlər deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: müəllimlər imtahan DİM

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri