Müğənni və aktyorlara pis xəbər: sosial şəbəkələrdə yayılan bu görüntülər... VİDEO | Icma.…
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Süni intellekt vasitəsilə düzəldilən videolar sosial şəbəkələrdə maraq doğurur.
Belə ki, real insanlara bənzər simalar yaradılır, səslər imitasiya olunur, hətta gerçəkdən seçilməyən fikirlər təqdim edilir.
Bu tendensiya, xüsusilə aktyor, rejissor, müğənnilik kimi peşələrin gələcəyini sual altında qoyur.
Artıq bəzi layihələrdə insana ehtiyac qalmır. Bildirilir ki, proses bu cür davam edərsə, yaxın 10-15 ildə sözügedən peşələr sıradan çıxacaq.
Süni intellekt yaradıcı insanların gələcəyinə necə təsir edə bilər?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, süni intellektin sürətli inkişafı yaradıcı sahələrdə mühüm transformasiyalara səbəb olur: “Artıq səslərin imitasiya olunması, insan simalarının yaradılması, musiqi bəstələrinin və səhnələrin tamamilə AI (süni intellekt proqramı) tərəfindən hazırlanması reallıqdır.
Bu proses bəstəkar, aktyor, rejissor kimi yaradıcı peşələrin gələcəyi ilə bağlı suallar doğursa da, yaxın 5-10 ildə bu sahələrin tamamilə sıradan çıxması real görünmür.
Tam oxu
Xəbəri oxu