Icma.az
close
up
RU
Müğənni və aktyorlara pis xəbər: sosial şəbəkələrdə yayılan bu görüntülər... VİDEO

Müğənni və aktyorlara pis xəbər: sosial şəbəkələrdə yayılan bu görüntülər... VİDEO

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süni intellekt vasitəsilə düzəldilən videolar sosial şəbəkələrdə maraq doğurur. Belə ki, real insanlara bənzər simalar yaradılır, səslər imitasiya olunur, hətta gerçəkdən seçilməyən fikirlər təqdim edilir. Bu tendensiya, xüsusilə aktyor, rejissor, müğənnilik kimi peşələrin gələcəyini sual altında qoyur. Artıq bəzi layihələrdə insana ehtiyac qalmır. Bildirilir ki, proses bu cür davam edərsə, yaxın 10-15 ildə sözügedən peşələr sıradan çıxacaq.

Süni intellekt yaradıcı insanların gələcəyinə necə təsir edə bilər?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, süni intellektin sürətli inkişafı yaradıcı sahələrdə mühüm transformasiyalara səbəb olur:

“Artıq səslərin imitasiya olunması, insan simalarının yaradılması, musiqi bəstələrinin və səhnələrin tamamilə AI (süni intellekt proqramı) tərəfindən hazırlanması reallıqdır. Bu proses bəstəkar, aktyor, rejissor kimi yaradıcı peşələrin gələcəyi ilə bağlı suallar doğursa da, yaxın 5-10 ildə bu sahələrin tamamilə sıradan çıxması real görünmür. Bu peşə insan duyğusu, empatiyası və sosial konteksti əks etdirən bir sahədir. Süni intellekt bəzi texniki funksiyaları avtomatlaşdıra bilər, lakin insanın daxili dünyasından doğan orijinallıq hələlik əvəzolunmazdır”.

Elvin Abbasov

Ekspert bildirib ki, yeni texnologiyaların yaratdığı fürsətlərlə yanaşı, ciddi risklər də mövcuddur:

“Bir neçə il əvvəl yalnız bahalı avadanlıq və peşəkar studiyalar vasitəsilə hazırlana bilən saxta videolar, xüsusilə “deepfake” texnologiyası ilə – artıq süni intellekt modelləri sayəsində hər kəs üçün əlçatan hala gəlib. Bu isə təkcə yaradıcı sahələr üçün deyil, həm də informasiya təhlükəsizliyi və ictimai etimad üçün yeni çağırışlar yaradır. Ona görə də bu texnologiyaların məsuliyyətli və etik istifadəsi gələcək üçün həlledici olacaq”.

Rejissor, aktyor Kamal Yaşar düşünür ki, süni intellektin bir çox peşələrə təsir etməsi qaçılmazdır:

Kamal Yaşar

“Lakin sırf yaradıcı peşələri tam əvəzləməsi mümkün deyil. Bəzi hallarda bu, mümkündür. Süni intellekt rejissorluq, aktyorluq, bəstəkarlıq və sair sahələrdə bənzətmə kimi nələrsə edə bilər, amma təbii zəkanı idarə edə bilməz. Yaradıcılığın ümumi qaydaları və orijinallığı var. Peşə sahibi də həmin orijinallığı ortaya qoyur. Bu baxımdan süni intellekt insan zəkasının yerini tuta bilməz”.

Qeyd edək ki, təqdim etdiyimiz bu video süni intellekt vasitəsilə hazırlanıb və Xalq artisti Röya Ayxanın səsi imitasiya edilib.

Ləman Hüseynzadə
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri