Müharibə anonsu: üç ölkədə “Çemberlen xofu” yaşanır Rusiya hücuma keçir? | Icma.az
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makronun son açıqlaması birmənalı qarşılanmayıb.
Belə ki, o, Rusiyanın tezliklə dayandırılmalı olduğunu, əks halda Ukraynadan sonra Moldova və Rumıniyanı hədəf seçəcəyini bildirib.
Kremlin NATO ölkələrinə hücum edib-etməyəcəyi isə sual doğurur. Bu ehtimal realdırmı? Qərbin buna reaksiyası necə olar?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Rusiyanın Ukrayna müharibəsi bitəndən sonra ehtimal olunan növbəti hədəfləri Avropada narahatlıq yaradır: “Şərqi Avropa ölkələri, Moldova, Polşa və Rumıniyaya hücumdan ehtiyat edirlər.
Onlarda “Çemberlen xofu” var. Bunun mahiyyəti nədir? 1938-ci ildə Münhen razılaşması oldu.
Burada Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen, Fransa (Eduard Daladye), İtaliya (Benito Mussolini) və Almaniya (Adolf Hitler) liderləri iştirak edirdi.
Hitler o vaxt bildirdi ki, Çexoslovakiyanın Sudet əyaləti Almaniyaya verilərsə, hücumları Avropaya doğru genişləndirməyəcək.
Tam oxu
Xəbəri oxu