Icma.az
close
up
RU
Müharibə anonsu: üç ölkədə “Çemberlen xofu” yaşanır Rusiya hücuma keçir?

Müharibə anonsu: üç ölkədə “Çemberlen xofu” yaşanır Rusiya hücuma keçir?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makronun son açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, o, Rusiyanın tezliklə dayandırılmalı olduğunu, əks halda Ukraynadan sonra Moldova və Rumıniyanı hədəf seçəcəyini bildirib. Kremlin NATO ölkələrinə hücum edib-etməyəcəyi isə sual doğurur.

Bu ehtimal realdırmı? Qərbin buna reaksiyası necə olar?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Rusiyanın Ukrayna müharibəsi bitəndən sonra ehtimal olunan növbəti hədəfləri Avropada narahatlıq yaradır:

“Şərqi Avropa ölkələri, Moldova, Polşa və Rumıniyaya hücumdan ehtiyat edirlər. Onlarda “Çemberlen xofu” var. Bunun mahiyyəti nədir? 1938-ci ildə Münhen razılaşması oldu. Burada Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen, Fransa (Eduard Daladye), İtaliya (Benito Mussolini) və Almaniya (Adolf Hitler) liderləri iştirak edirdi. Hitler o vaxt bildirdi ki, Çexoslovakiyanın Sudet əyaləti Almaniyaya verilərsə, hücumları Avropaya doğru genişləndirməyəcək. Britaniya və Fransada arxayınlıq yaransa da, bu, baş vermədi. Əksinə, Sudet verildikdən sonra Nasist Almaniyasının iştahı daha da artdı. Nəticədə İkinci Dünya müharibəsi başladı və Almaniya xeyli Avropa ölkəsini işğal etdi. İndi də qorxurlar ki, Ukrayna əraziləri Rusiyaya güzəştə gedilsə, Kreml daha çox şey istəyə bilər”.

Sultan Zahidov

Politoloq qeyd edib ki, buna görə Avropa hərbi imkanlarını artırmağa çalışır:

“Rusiya 3 ildir müharibə aparır, iqtisadiyyatında müəyyən problemlər var, hərbi cəhətdən zəifləyib. İndiki halda Ukraynadan sonra Şərqi Avropaya hücum etməsi inandırıcı görünmür. Rusiyanın indiki hərbi imkanları ilə o vaxtkı Almaniyanın hərbi imkanları eyni səviyyədə deyil. Moldova istisna olmaqla Şərqi Avropa ölkələrinin, demək olar, hamısı NATO ölkəsidir. Sözügedən ehtimal Alyansın bütün üzvlərinə hücum deməkdir. Rusiya belə riskə girərsə, bütün NATO üzvləri, eləcə də ABŞ əks hücuma keçə bilər. Rəsmi Moskvadan belə addım gözləmirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri