Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2 iyun 2025-ci ildə İstanbulda keçirilən Rusiya -Ukrayna arasında sülh danışıqlarının ikinci raundu müəyyən müsbət xəbərlərlə yadda qalıb.
Tərəflər ağır yaralı və xəstə əsirləri, eləcə də 25 yaşa qədər əsirləri “hamının-hamıya” prinsipi ilə dəyişməyə razılaşıblar.
Hətta cəbhənin bəzi hissələrində ölənlərin cəsədlərinin çıxarılması üçün qısa müddətli humanitar atəşkəslər də razılaşdırıldı.
Bununla belə, tərəflərin təqdim etdiyi atəşkəs memorandumlarının məzmunu aydın göstərdi ki, əsas siyasi məsələlərdə mövqelər kəskin şəkildə fərqlənir və kompromis ehtimalı, ən azı bu mərhələdə, uzaq görünür.
Rusiya Ukrayna ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını, NATO-ya üzvlük iddiasından imtinanı və ordunun miqyasının azaldılmasını tələb edir.
Ukrayna isə yalnız tam və qeyd-şərtsiz atəşkəsdən sonra ərazi məsələlərinin müzakirəsini mümkün sayır, eyni zamanda, ABŞ-nin və digər ölkələrin vasitəçiliyi ilə atəşkəsin monitorinqini təklif edir.
Bu isə o deməkdir ki, danışıqlar hərbi əməliyyatlarla paralel şəkildə davam edə bilər.