Icma.az
close
up
RU
Müharibə “əbədi mərhələ”yə keçir?

Müharibə “əbədi mərhələ”yə keçir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2 iyun 2025-ci ildə İstanbulda keçirilən Rusiya -Ukrayna arasında sülh danışıqlarının ikinci raundu müəyyən müsbət xəbərlərlə yadda qalıb. 

Tərəflər ağır yaralı və xəstə əsirləri, eləcə də 25 yaşa qədər əsirləri “hamının-hamıya” prinsipi ilə dəyişməyə razılaşıblar. Hətta cəbhənin bəzi hissələrində ölənlərin cəsədlərinin çıxarılması üçün qısa müddətli humanitar atəşkəslər də razılaşdırıldı. 

Bununla belə, tərəflərin təqdim etdiyi atəşkəs memorandumlarının məzmunu aydın göstərdi ki, əsas siyasi məsələlərdə mövqelər kəskin şəkildə fərqlənir və kompromis ehtimalı, ən azı bu mərhələdə, uzaq görünür. Rusiya Ukrayna ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını, NATO-ya üzvlük iddiasından imtinanı və ordunun miqyasının azaldılmasını tələb edir. Ukrayna isə yalnız tam və qeyd-şərtsiz atəşkəsdən sonra ərazi məsələlərinin müzakirəsini mümkün sayır, eyni zamanda, ABŞ-nin və digər ölkələrin vasitəçiliyi ilə atəşkəsin monitorinqini təklif edir. 

Bu isə o deməkdir ki, danışıqlar hərbi əməliyyatlarla paralel şəkildə davam edə bilər. Bəzi humanitar məsələlərdə yeni razılaşmalar mümkündür və bu, ümidverici ssenaridir. Amma başqa ssenari də ortadadır: 

əgər döyüşlər daha da şiddətlənərsə, o zaman danışıqların ümumiyyətlə, dayandırılma ehtimalı var. Bu danışıqların dayandırılması çox güman ki, Ukrayna tərəfindən olacaq. Hazırda isə gözlər Rusiyanın Ukraynanın son zərbəsinə necə cavab verəcəyindədir. 

Çünki Ukraynanın “Hörümçək toru” adlı əməliyyatı Rusiyada ciddi narahatlıq yaradıb. Rusiya rəsmiləri belə hücumların təkrar olunacağı təqdirdə, sülh prosesindən çəkilə biləcəklərini bildiriblər. Sual yaranır ki, Ukrayna cəmiyyəti və hakimiyyəti "əbədi müharibə"yə psixoloji və strateji cəhətdən hazırlıq mərhələsinə keçib? Yoxsa bu hələ də müvəqqəti mövqe döyüşü sayılır? Rusiya "Hörümçək toru" (“Паутина”) əməliyyatına cavab olaraq hansı addımlara əl ata bilər? 

“Bu mümkün deyil”

Mövzu ilə bağlı "Cümhuriyət"-ə açıqlamasında ukraynalı ekspert, Milli Strateji Tədqiqatlar İnstitutunun baş məsləhətçisi, Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi İvan Us bildirib ki, İstanbulda aparılan danışıqlardan bir gün sonra Rusiya Ukraynaya bir neçə raket zərbəsi endirib. Onun sözlərinə görə, bu raketlərin arasında “Kinjal” raketi də var. 

Bu raket təyyarədən buraxılıb və Nikolayev şəhərinin ətrafına düşüb. "Eyni zamanda, Sumı şəhərinə reaktiv yaylım atəş sistemləri ilə hücum olub. Zərbə şəhərin mərkəzinə vurulub və nəticədə 2 nəfər həlak olub, təxminən 20 nəfər isə yaralanıb. 

Bu olanlar Rusiyanın sülhə gəlmək istəmədiyini açıq şəkildə göstərir. Əslində bu istəksizlik əvvəldən də görünürdü. İstanbuldakı danışıqlar nə Rusiyanın, nə də Ukraynanın təşəbbüsü ilə başlayıb. 

Görüş Donald Trampın təşəbbüsü ilə baş tutub. Tramp bu danışıqların olmasını istəyirdi, çünki ortada hansısa sazişə nail olunacağına dair bir illüziya var. Amma Rusiyanın hərəkətləri göstərir ki, belə bir saziş mümkün deyil. Rusiya sülhə can atmır, əksinə, müharibəni davam etdirmək niyyətindədir. O, bu müharibədə qalib gələcəyinə inanır və onu dayandırmaq fikrində deyil".

“Əvvəlkindən 10-15 dəfə az maaşla yaşamalı olacaqlar”
İvan Us qeyd edib ki, Rusiyanın tərəfində döyüşən insanlar bu işə görə adi işlə müqayisədə 10-15 dəfə çox pul qazanırlar. Müharibə dayansa, bu adamlar evə- Rusiyaya qayıdacaqlar və əvvəlkindən 10-15 dəfə az maaşla yaşamalı olacaqlar:

"Üstəlik, onların çoxu silahdan istifadə təcrübəsinə sahibdir və bəziləri əlində silahla qalmış olacaq. 

Bu isə ölkədə inqilab öncəsi vəziyyət vəya ən azından bunun üçün münbit zəmin deməkdir. Ona görə də Rusiya nə müharibəni dayandırmağa, nə də ciddi razılaşmalara getməyə hazırdır. Yeganə razılaşmalar humanitar xarakter daşıyır. Məsələn, İstanbulda keçirilən ilk görüşdə “1000-1000” prinsipi ilə əsirlərin dəyişdirilməsi razılaşdırılıb. 

İkinci görüşdə isə 25 yaşına qədər olan bütün əsirlərin dəyişdirilməsi və ölənlərin cəsədlərinin qarşılıqlı qaytarılması məsələlərində razılıq əldə olunub. Bunlar əlbəttə yaxşı addımlardır. Ancaq daha ciddi məsələlərə gəlincə, düşünmürəm ki, tərəflər belə razılaşmalara hazırdırlar”. 

“Rusiya hər gün cavab verir”

Rusiyanın “Hörümçək toru” əməliyyatına cavab məsələsinə gəldikdə isə ekspert bildirib ki, bu cavab gözlənilir:

“Bunu hamı anlayır. Amma bir şeyi də unutmayaq, Rusiya artıq 3 ildən çoxdur ki, genişmiqyaslı müharibəyə başlayıb. O, hər gün, hər gecə əsasən də gecələr Ukraynanın dinc şəhərlərini dronlar və raketlərlə atəşə tutur. 

İyunun 3-dəki Sumı və Nikolayevə zərbələr istisna idi, onlar gündüz vaxtı baş verdi. Amma ümumilikdə Rusiya mütəmadi olaraq nələrsə edir. Yəni, "Rusiya əlavə nə edəcək?" sualına cavab olaraq demək olar ki, o, onsuz da edə biləcəyi hər şeyi edir. 

Bu səbəbdən də çox güman ki, “Hörümçək toru” əməliyyatı xüsusi cavabsız qalacaq.  Bunun sadə səbəbləri var, yəni Rusiya hər gün cavab verir. Əməliyyatdan əvvəl də belə idi, sonra da belə olacaq. Hər hansı bir növbəti zərbə asanlıqla “bu da cavabdır” deyilə bilər. Ona görə də görək bundan sonra nə baş verəcək". 

Səbinə Uğur
"Cebheinfo.az" 

Açar sözlər: müharibə Rusiya -Ukrayna İvan Us

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri