Müharibə olsa da: Danışıqlar kəsilməyib

11.06.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin xəbər kanalı CNN bildirib ki, ötən gecə baş verən hücumlara baxmayaraq, ABŞ ilə İran arasında aparılan danışıqlar planlaşdırıldığı kimi davam edir.

"Cebheinfo.az" xəbər verir ki, CNN diplomatik mənbələrə istinadən belə  xəbər yayıb. Məlumatda qeyd edilib ki, tərəflər arasında mümkün razılaşmanın əldə olunması məqsədilə gecə boyu davam edən danışıqlardan sonra proses hələ də nəzərdə tutulduğu şəkildə irəliləyir.

Məlumata görə, ABŞ və İran arasında aparılan razılaşma danışıqları gecə ərzində keçirilən müzakirələrdən sonra da plan üzrə davam edir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gecə saatlarında yaydığı açıqlamada Prezident Donald Trampın göstərişi ilə İranda yerləşən bir sıra hədəflərə qarşı “özünümüdafiə məqsədli” əməliyyatların başladıldığını açıqlamışdı.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-nin hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən bəzi ABŞ hərbi mövqelərini hədəf aldıqlarını bəyan edib.

Buna baxmayaraq,  Vaşinqton və Tehran arasında davam edən diplomatik təmaslar kəsilməyib və danışıqlar prosesi hələlik dayandırılmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью